Cümə, 23 Oktyabr, 2026

Qayğı müasir gender problemi kimi - Təlimi


  • Dərc edildi: 4 Aprel, 2019 - 15:42
Qayğı müasir gender problemi kimi - Təlimi

Humay Axundzadə Bakı Dövlət Universitetində psixologiya ixtisası, Sankt Peterburq Avropa Universitetində sosiologiya ixtisasına yiyələnmişdir. Azərbaycanda ailənin gender nizamı, yerli və xarici ev xidmətçilərinin əməyi, qocalara ailə qayğısı və onun kommersiallaşması və s. mövzularda tədqiqatlar həyata keçirmişdir. Mövzu: Qayğı müasir gender problemi kimi Görüşdə qayğı sosiologiyasının aktual məsələlərinə aydınlıq gətiriləcək: qayğı bir fəaliyyət növü kimi nə deməkdir, nəyə görə onu daha çox məhz qadınlar həyata keçirir, qayğının komponentləri hansılardır, qayğı ilə bağlı peşələr (dayə, tərbiyəçi, tibb bacısı və s.) niyə az prestijlidir, bu və ya digər cəmiyyətdə qayğı praktikalarının formalaşmasına hansı amillər təsir edir, onun feminizasiyasına təsir göstərən sosial mexanizmlər hansılardır, “qayğı zirehi”, “qayğı penaltisi”, “qlobal qayğı zəncirləri” nə deməkdir, müasir cəmiyyətdə qayğını və qayğı çəkən insanları necə dəyərləndirmək lazımdır.

Habelə qayğıya dair akademik feminizm və feminist əxlaq fəlsəfəsi çərçivəsində formalaşmış yanaşmalara toxunulacaqdır. Tarix: 5 aprel 2019 Saat: 18:50- 20:15 Məkan: Baku IdeaLab. Qeyd edək ki, təlimdə iştirak qeydiyyatsız və ödənişsizdir. Layihə koordinatoru: Tacəddin Poladzadə Əlaqə nömrəsi: 0553165455 MİL Şəbəkəsi gənclərin könüllü ictimai təşəbbüsü olaraq fəallıq, peşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəmiş menecerlər yetişdirir. MİL-in əsas məqsədi ictimai təşkilatlar və layihələrin idarə edilməsində gənclərin mütəxəssis kimi formalaşmasına dəstək olmaq və vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir. Əlaqə üçün: facebook: https://www.facebook.com/milsebekesi twitter: https://twitter.com/milsebekesi e-mail: [email protected]

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 539
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...