Cümə, 5 Sentyabr, 2025

QHT fəalları üçün təlimlər keçiriləcək


  • Dərc edildi: 13 Fevral, 2018 - 20:10
QHT fəalları üçün təlimlər keçiriləcək

Əziz dostlar, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə beynəlxalq layihələrdə iştirak etmək istəyən gənc QHT fəalları üçün təlimlər elan edir. Layihənin adı: “QHT-lər üçün Erasmus+ proqramı çərçivəsində layihə idarəetməsi üzrə potensial quruculuğu”.

Layihənin əsas məqsədi Azərbaycanda gənclər təşkilatları nümayəndələri üçün beynəlxalq əməkdaşlıq, mobillik və qeyri-formal təhsil sahəsində beynəlxalq layihələrin idarəetməsi sahəsində bacarıq və kompetensiyaları inkişaf etdirməkdir. Müvafiq təlimlər proqramı Erasmus+ proqramının qaydalarını və layihə idarəetməsinin mövzusunu əhatə edəcək. 25 nəfər gənclər təşkilatları nümayəndəsi üçün 3 günlük təlim iki beynəlxalq təlimçi tərəfindən 23-25 fevral tarixlərində Bakı şəhərində keçiriləcək. Bakı və ölkəmizin digər regionlarında fəaliyyət göstərən gənclər təşkilatları iştirak üçün dəvət olunurlar. İştirakçılar üçün tələblər: - İngilis dili (beynəlxalq layihələrə müraciət dilinin ingilis dili olmasını və bu səbəbdən təlimin ingilis dilində keçiriləcəyini nəzərə alaraq); - Beynəlxalq layihə idarəetməsində təcrübə; - Üç gün ərzində tam olaraq təlimdə iştirak etmək imkanı. Regionlardan gələn iştirakçıların yol, mehmanxana və yemək xərcləri layihə tərəfindən qarşılanır. Qeydiyyat üçün daxil olun! İlkin seçimdən keçən namizədlərlə Skype müsahibə keçiriləcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 391
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 189
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 241
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 892
2 günlük Lənkəran və...