Cümə, 5 Sentyabr, 2025

Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizə - Layihə təqdimatı


  • Dərc edildi: 27 Yanvar, 2018 - 21:19
Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizə - Layihə təqdimatı

Azərbaycan Avropa Hərəkatı tərəfindən, Avropa Komissiyasının Maliyyə Dəstəyi ilə həyata keçirilən “Qız övladlarının həyatı: Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizə üçün ana və qız uşaqlarının hekayələrinin paylaşılması” layihəsinin təqdimatında Sizin iştirakınız bizi məmnun edərdi. Layihə haqqında: -Regionlara səfər ediləcək. Səfər çərçivəsində yerli əhaliyə “Selektiv abort” mövzusunda treyninqlər keçiriləcək. -Layihə çərçivəsində qısa metrajlı filmlər çəkiləcək. -Layihə çərçivəsində kitab və broşüra çap ediləcək. Azərbaycan Avropa Hərəkatı: Azərbaycan Avropa Hərəkatının yaranması ideyası, 2004-cü ildən mövcuddur. 2012-ci ilin fevral ayında ilk Konqresini keçirən hərəkatın 41 nəfərdən ibarət təşəbbüs qrupu, 2 il müddətində qurumun İdarə Heyəti üzvlərini və prezidentini seçib. Azərbaycan Avropa Hərəkatı (AAH) 2012-ci ilin sentyabr ayında Beynəlxalq Avropa Hərəkatına (BAH) tamhüquqlu üzv kimi qəbul edilib. Bununla da nümayəndəlik Beynəlxalq Avropa Hərəkatının bütün fəaliyyətlərində iştirak etmək və BAH-nın rəhbərliyinə seçib - seçilmək hüququ qazanıb. 2012-ci ilin iyun ayında AAH Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. AAH və ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Azərbaycanın 14 regionunda öz nümayəndəliklərini yaradıb. Müntəzəm olaraq Azərbaycanda Avropa dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərən Azərbaycan Avropa Hərəkatının başlıca məqsədi Avrointeqrasiya istiqamətində dövlət siyasətinə dəstək verməkdir. 30 yanvar Saat: 11:00 Telefon: (+994 12) 511 52 99 Mobil: (+994 50) 512 86 38 E-mail: [email protected] Vebsayt: www.euromove.az Azərbaycan Avropa Hərəkatı Ünvan: Bakı şəh., Nəsimi ray., Bül-bül pr. 28, mənzil 30 Poçt/index: AZ1014 Park Inn Hotel Ünvan: Bakı şəh., Azdlıq pr. 1. poçt/index: AZ 1000 (Park Inn Hotel, Füzuli zalı)

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...