Cümə, 5 Sentyabr, 2025

Regional tərəfdaşlığın gücləndirilməsi Dayanıqlı İnkişaf üzrə Bakı Forumunun nəzərində


  • Dərc edildi: 25 Oktyabr, 2018 - 17:22
Regional tərəfdaşlığın gücləndirilməsi Dayanıqlı İnkişaf üzrə Bakı Forumunun nəzərində

BAKI, 25 Oktyabr 2018 – Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində regional
əməkdaşlığın gücləndirilməsi Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilk Bakı Forumunun əsas
mövzusudur.
Tədbir dövlət rəsmiləri, parlament üzvləri, eləcə də beynəlxalq və vətəndaş cəmiyyəti
təşkilatları, akademik dairələr, gənclər təşkilatları və özəl sektor təmsilçiləri daxil olmaqla 30 ölkədən 200-dən çox iştirakçını bir araya gətirib.
Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatının yerli nümayəndəliyinin birgə təşkil
etdiyi iki günlük Forum Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Azərbaycan Respublikası
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasından əhəmiyyətli texniki və maliyyə dəstəyi
alıb. Tədbir, DİM-lərin inteqrasiyası, sürətləndirilməsi və siyasətin dəstəklənməsi (MAPS)
missiyasının aparıldığı və DİM sürətləndiricilərinin tətbiq olunduğu ölkələrə diqqət yetirməklə
regional təcrübələri bölüşmək üçün dinamik müzakirə platformasını təmin edir.
Həmçinin, iştirakçılar BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun "İnsanların
səlahiyyətləndirilməsi, inklüzivlik və bərabərliyin təmin edilməsi" adlı 2019-cu il mövzusuna
uyğun olaraq Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı çətinlikləri müzakirə edəcəklər.
DİM-lərin həyata keçirilməsində gənclər, qadınlar, parlamentlər, vətəndaş cəmiyyəti və digər
əlaqədər tərəflərin rolu və dayanıqlı inkişaf üçün sülh və inklüziv cəmiyyətlərin təşviqi də
müzakirə ediləcək. Bundan əlavə, Forum iştirakçıları DİM-lərin icrası ilə bağlı təcrübələrini
bölüşəcək və 2030-cu il Gündəliyinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığı və sosial məsuliyyətli biznes modellərini gücləndirmək yollarını müzakirə edəcəklər.
Tərəfdaşlığı qlobal inkişaf səylərinin önündə tutaraq, Bakı Forumu, heç kəsi kənarda qoymadan və hamının ehtiyaclarını ödəyərək birgə çalışmağın əhəmiyyətini vurğulayır. Forumun əsas hədəflərindən biri də regionda təmiz su təminatı və iqlim dəyişikliyi tədbirlərinə diqqət çəkməkdir.
Bu il keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumu iki ildən bir baş tutacaq və siyasətçilər, işgüzar liderlər və müxtəlif sahələrin mütəxəssisləri üçün aktual məsələlərin müzakirə olunduğu regional inkişaf platformasına çevriləcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...