Çərşənbə, 3 Sentyabr, 2025

RƏNGKARLIĞI MUZEYİ: ÖZÜNÜ KƏŞF ET USTAD DƏRSLƏRİ


  • Dərc edildi: 12 Sentyabr, 2018 - 12:00
RƏNGKARLIĞI MUZEYİ: ÖZÜNÜ KƏŞF ET USTAD DƏRSLƏRİ

04 İyl - 26 Dek 18

YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyində nümayiş olunan "Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" adlı sərgi çərçivəsində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərslərə start verir.
“Özünü kəşf et” yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng, maraqlı bir layihədir. Ustad dərsləri zamanı siz gündəlik həyat işlərini kənara qoyub, özünüzü tamamilə yaradıcılığa həsr edə biləcəksiniz. İştirak edən hər kəs, peşəkar ustadlar tərəfindən müxtəlif bədii texnikalar və üslublarla tanış olub, kətan üzərində fırça və boya ilə öz əsərini yaradacaq. Təcrübəsiz və ilk dəfə əlinizdə fırça tutsanız belə, aparıcı rəssamların məsləhətləri sayəsində, yaradıcı potensialınızın yeni üfüqlərini kəşf edəcəksiniz. “Özünü kəşf et” tamamilə yeni bir əyləncə növüdür, dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir.
Ustad dərslər hər çərşənbə, 19:00-21:00 saatlarında keçiriləcək. İştirakçılar bütün ləvazimatlarla təmin olunacaqlar.
Proqram:
19 sentyabr – Səbinə Şıxlinskaya Mövzu: Natürmort
26 sentyabr – Əli Şəmsi Mövzu: Sərbəst
İştirakçıların sayı məhdud olduğundan (20 nəfər) qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat çərşənbə - bazar günü, saat 12:00-dan 20:00-dək aparılır (tel.: 050 251 4115)
Ünvan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyi Dövlət Bayrağı Meydanının yaxınlığı

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 60
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 222
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 41
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 132
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 882
2 günlük Lənkəran və...
Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"
04 Avqust, 2025 - 22:12 260
Lənkəranda Ödənişsiz...