Cümə, 23 Oktyabr, 2026

Rezidenturaya qəbul imtahanı keçiriləcək


  • Dərc edildi: 3 Aprel, 2019 - 23:13
Rezidenturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 7-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda–saat 11.00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcəkdir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 14‑dən 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 930 namizəd ərizə təqdim edib. Onlardan 798 nəfər Azərbaycan, 132 nəfər isə rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 358 nəfəri oğlan, 572 nəfəri isə qızlardır.

Namizədlərdən 319-u cari ilin, 611-i isə əvvəlki illərin məzunlarıdır, 13 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 86 nəzarətçi-müəllim cəlb olunacaq. Ərizə vermiş namizədlər imtahanda iştirak etmək üçün aprelin 1-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər: - Şəxsiyyəti təsdiqləyən sənədin əslini; - “İmtahana buraxılış vərəqəsi”ni. Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq. Bütün imtahan iştirakçılarına uğurlar arzu edirik!

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 539
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...