Cümə, 5 Sentyabr, 2025

Rumıniyanın Xarici İşlər Nazirliyinin 2019/2020-ci tədris ili üçün təqaüd proqramı


  • Dərc edildi: 17 Fevral, 2019 - 11:12
Rumıniyanın Xarici İşlər Nazirliyinin 2019/2020-ci tədris ili üçün təqaüd proqramı

Rumıniya Xarici İşlər Nazirliyi 2019/2020-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edir.   Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura Tədris dili: rumın dili İxtisaslar: memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq. Qeyd: tibb və əczaçılıq ixtisasları nəzərdə tutulmamışdır. Maliyyələşmə: təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd (bakalavriat - 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro).   Ətraflı məlumat və tələblər: https://www.mae.ro/en/node/10251   Sənədlərin təqdim edilməsi üçün son tarix: 22.02.2019 Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 22.02.2019-cu il tarixi, 16:00-17:00-da Təhsil Nazirliyinin vətəndaşların qəbulu otağında Günəş Övsətovaya təqdim etməlidir.   Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirlikləri tərəfindən həyata keçirilir. Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamaq tövsiyə edilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...