Şənbə, 5 İyul, 2025

“Sağlam ailə sağlam cəmiyyətin təməlidir” - Lənkəranda 4 günlük Layihədə iştirak etmək şansı!


  • Dərc edildi: 1 Fevral, 2022 - 11:32
“Sağlam ailə sağlam cəmiyyətin təməlidir” - Lənkəranda 4 günlük Layihədə iştirak etmək şansı!

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihənin icrasına başlanıldı Bü gündən etibarən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8900 (səkkiz min doqquz yüz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi respublikada ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına səbəb olan müxtəlif amillərin (gənc ailələrə valideynlərin və digər qohumların yersiz müdaxilələri, boşanmalara rəvac verən aktuallığını itirmiş adətlər və s.) aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirməkdən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 01 fevral – 30 aprel 2022-ci il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə dəyərləri, əxlaq və etika normaları mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 25-27 mart tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr) təşkil olunacaqdır. Tədbirdə iştirak edən gənclərə sertifikatlar veriləcəkdir. Məlumat üçün bildirək ki, konfransda iştirak etmək istəyən gənclər yerləşdirilən müvafiq elektron ərizə formasını (QEYDİYYAT) 28 fevral 2022-ci il, saat 24.00-adək dolğun formada doldurub göndərməlidirlər. Müvafiq nəticələr 13 mart 2022-ci il tarixində açıqlanacaqdır. Əlavə edək ki, 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir. Layihədə iştirak ödənişsizdir!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 05:03 24
“Texnologiyanın tətb...
Ödənişsiz və Təqaüdlü 10 müxtəlif Peşə Hazırlığı kursuna Qeydiyyat!
10 İyun, 2025 - 21:00 425
Ödənişsiz və Təqaüdl...
Mükafat fondu 30.000 AZN olan bütün regionlar üzrə inkubasiya proqramına qeydiyyat!
08 May, 2025 - 17:02 283
Mükafat fondu 30.000...
"Gənc Tədqiqatçılar 2" proqramına QEYDİYYAT!
02 May, 2025 - 16:52 389
"Gənc Tədqiqatçılar ...
TAM FƏRQLI TRABZON-RIZƏ-BATUMI TURU
02 May, 2025 - 11:52 281
TAM FƏRQLI TRABZON-R...
İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub
29 Aprel, 2025 - 19:40 264
İİTKM-də “GIS-Tech M...