Bazar, 7 Sentyabr, 2025

Sağlam həyat tərzinin təbliği istiqamətində film günü


  • Dərc edildi: 24 Fevral, 2018 - 16:03
Sağlam həyat tərzinin təbliği istiqamətində film günü

“Sağlam Düşüncə” Gənclər Təşkilatı YEN (youth express network) -in 25 illiyi münasibəti ilə sağlam həyat tərzinin təbliği istiqamətində film günü təşkil edir. “Sağlam Düşüncə” Gənclər Təşkilatının da Üzv olduğu “Youth Express Network”un bu il 25 illiyidir. Bu münasibətlə bəzi üzv təşkilatlar #12fəaliyyət adlı layihəyə cəlb olunublar. Simvolik olaraq hər ayın 25-i TÖHFƏNİ VER bağlığı altında 1 üzv təşkilat 1 fəaliyyət həyatə keçirməklə prosesə dəstək verir. “Sağlam Düşüncə” Gənclər Təşkilatı sağlam həyat tərzinin təbliğatçısı olduğu üçün və İctimai yerlərdə tütündən istifadəni məhdudlaşdıran qanunun qəbul olunmasını nəzərə alaraq bu mövzuda film günü təşkil edir. Thank you for smoking - 93 dəq. IMDb: 7.6 Janr: komediya, dram Film türk dilində nümayiş olunacaq Filmin baş qəhramanı karyerasının ən parlaq dövrünü yaşayan Nik Neylordir. O, böyük bir siqaret şirkətinin mətbuat katibi olaraq siqaret istehsalçılarının və siqaret çəkən insanların hüquqlarını müdafiə edir. Onun işi o qədər də asan deyil. Çünki o, hər kəsin bildiyi - “Siqaret sağlamlıq üçün təhlükəlidir.” fikrinin tam əksini iddia etməyə çalışır. Əlbəttə buna görə onun qarşısında çox problemlər dayanır. Əsasən də insanların sağlamlığı barədə qurulan təşkilatlar və Amerika senatorlarından biri. Lakin Nik öz işini çox ustalıqla bacarır. Amerika istehsalı olan film 2005-ci ildə Ceyms Reytmanın rejissorluğu ilə çəkilmişdir. Filmin ssenarisi Kristofer Bukleyin eyni adlı romanı əsasında ekranlaşdırılmışdır. Baş rollarında Aoran Ekxart, Kamerun Brayt, Mariyo Bella kimi aktyorlar oynayıb. 25 fevral 15:00 da “Reduco” Tədris mərkəzində nümayiş olunacaq filmə hər biriniz dəvətlisiniz. Gəlin Nikin öz işinin öhdəsindən necə gəldiyini birlikdə izləyək. Qeyd: Filmdən Sonra yarım saatlıq müzakirə təşkil olunacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 644
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 215
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 57
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...