Bazar, 7 Sentyabr, 2025

“Sağlam kiber dünyası” adlı layihə baş tutub


  • Dərc edildi: 6 Mart, 2019 - 22:49
“Sağlam kiber dünyası” adlı layihə baş tutub

Ağamalıyev İqbal İlqar oğlu Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbayçan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Bakı Gənclər Klubu” ictimai birliyinin tərəfdaşlığı ilə 05 dekabr 2018 – 05 mart 2019-cu il tarixlərində “Sağlam kiber dünyası” adlı layihənin icrasını həyata keçirmişdir. Layihənin məqsədi – gənclərin internet mediaya marağını artırmaq və sosial şəbəkələrdən düzgün istifadəni təbliğ etməkən ibarətdir. Müasir informasiya texnologiyalar sisteminin və internetin inkişafı dövrdə gənclərimizin sosial şəbəkələr və sosial oyunlardan düzgün yararlanması sual doğurur. Bir çox gənclərimiz elektron komunikasiyaların verdiyi imkanlardan düzgün istifadə etmir və bununla da proqramistlərin yazdığı pis niyyətli - Mavi Bolina, Mariana, Mono və s. onlayn oyunlara qoşulurlar. Məs bu oyunların nəticəsi olaraq bir çox gənclərdə - psixoloji problemlər, stres, qorxu, cəmiyyətdən, ailədən, dostlardan uzaqlaşma, ölüm və öz xəyallarında qapalı bir dünya yaradılması və s. hallar baş verir. Bu neqativ halların qarşısını almaq, problemi aradan qaldırmaq və gənclərin internetden səmərəli istifadəsi bağlı gənclərin iştirakı ilə layihə çərçivəsində 3 ədəd video-çarx hazırlanmışdır. Hazırlanmış maarifləndirici xarakterli “Sağlam kiber dünya” adlı video-çarxların təqdimatı gənclərin və tərəfdaş nümayəndələrin iştirakı ilə layihənin sonunda həyata keçirilmişdir . Layihə 3 ay davam edmişdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...