Şənbə, 5 İyul, 2025

Satış üzrə məsləhətçi


  • Dərc edildi: 17 Sentyabr, 2018 - 16:44
Satış üzrə məsləhətçi

Vəzifə öhdəliklər: • Müştəriləri cəld və gülərüz qarşılamaq; • Müştərilərə professional xidmət göstərmək; • Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək; • Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək; • Məhsulu müştəriyə təqdim etmək və satınalma ilə müştərinin ehtiyacları arasındakı əlaqələri uyğunlaşdırmaq; • Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmək: əyani nümayişlər, kataloqlar, reklam materialları, statistik məlumatlar və istinadlar, qiymətlər, məhsulun çatdırılma vaxtı və xərcləri, ödəniş şərtləri və satışdan sonra xidmətlər; • Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt və ya internet vasitəsilə əlaqə saxlamaq; • Nağd və elektron formada ödənişlərin, o cümlədən kreditlər üzrə ödənişləri həyata keçirilməsinə yardım etmək və şirkətin siyasəti çərçivəsində kreditləri razılaşdırmaq; • Təlimatlara uyğun olaraq satış üzrə statistik məlumatlar hazırlamaq və təqdim etmək; • Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq; • Görülən işlərə və əldə edilən nəticələrə dair dövri hesabatlar vermək; • Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək. Namizədlərə tələblər: • Yaş: 25-40; • Ali təhsil; • Avtomobil sahəsində iş təcrübəsi (min. 1 il); • MS Office proqramlarında işləmə bacarığı; • Rus və ingilis dillərinin bilməsi üstünlükdür; • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır; • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı; • Stres altında işləmə qabiliyyəti; • Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti; • Fəal və işə planlı yanaşma; • Qərarvermə qabiliyyəti. Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Satış üzrə məsləhətçi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 05:03 24
“Texnologiyanın tətb...
Ödənişsiz və Təqaüdlü 10 müxtəlif Peşə Hazırlığı kursuna Qeydiyyat!
10 İyun, 2025 - 21:00 425
Ödənişsiz və Təqaüdl...
Mükafat fondu 30.000 AZN olan bütün regionlar üzrə inkubasiya proqramına qeydiyyat!
08 May, 2025 - 17:02 283
Mükafat fondu 30.000...
"Gənc Tədqiqatçılar 2" proqramına QEYDİYYAT!
02 May, 2025 - 16:52 389
"Gənc Tədqiqatçılar ...
TAM FƏRQLI TRABZON-RIZƏ-BATUMI TURU
02 May, 2025 - 11:52 281
TAM FƏRQLI TRABZON-R...
İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub
29 Aprel, 2025 - 19:40 264
İİTKM-də “GIS-Tech M...