Bazar, 7 Sentyabr, 2025

Sayca 2-ci olan Multidissiplinar Elmi Forum (MEF 2019) keçirilmişdir


  • Dərc edildi: 20 Aprel, 2019 - 18:40
Sayca 2-ci olan Multidissiplinar Elmi Forum (MEF 2019) keçirilmişdir

Azərbaycan Elm Assosiasiyası 2019-cu ilin 13 və 14 aprel tarixlərində Avropa-Azərbaycan Məktəbində sayca 2-ci olan Multidissiplinar Elmi Forum (MEF 2019) təşkil etmişdir. Forumda ölkənin müxtəlif universitet və qurumlarını təmsil edən 300 nəfər iştirak etmişdir.   Azərbaycanda və ölkə hüdudlarından kənarda nüfuz sahibi olan ekspertlər tərəfindən həm dəqiq, həm də humanitar elm sahələrini əhatə edən 12 seminar təqdim edilmişdir. Forumda aşağıdakı mövzular üzrə seminarlar təşkil olunmuşdur:   13 aprel-  

  • "Mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma" (Fuad Məmmədov, AR Mərkəzi Bankı),
  • "Cinayətkarlığa qarşı mübarizə metodları" (ASA, İnqilab Şahbazov),
  • "Zənginlik və xoşbəxtlik arasındakı əlaqə - iqtisadi yanaşma" (Xətai Əliyev , UNEC Empirik Tədqiqatlar Mərkəzi),
  • "Cinayətkarın cəzalandırılması və insan ləyaqəti problemi" (Mail Yaqub),
  • "Cinayətkarlıq və residivizm" (Rövşən Nəbiyev, Bakı Dövlət Universiteti & Ədalət Hüquq Firması),
  • "Azərbaycanda kibercinayətkarlığın reallığı və qavrayışı" (Elvin Balacanov, ASAN Xidmət) ".
14 aprel-
  • "Neft və qaz sənayesində dəyər zənciri" (Təbriz Əmmayev, SOCAR),
  • "Elmi sahibkarlıq " (Rüfət Əzizov, Unimetal),
  • "Elektrik təhlükəsizliyi" (Səbinə Əliyeva, SOCAR Karbamid),
  • "Startup ekosistemi" (Asif İbrahimov, Azerlotereya/Fit2Best & Azercell/Apple) ,
  • "İnnovativ dünya və biz" (Elnur Səfərli, ADNSU),
  • "Homeopatiya, xalq təbabəti, ənənəvi təbabət. Yalan yoxsa gerçək? (Emil Civişov, ADA & UFAZ)".
  Bununla yanaşı, hər iki gün ərzində Azgreen şirkəti və İLM-Learn beynəlxalq təhsil mərkəzi tərəfindən müxtəlif demoların nümayişi də baş tutmuşdur.   Forumun sonunda itirakçılara və forumun könüllülərinə sertifikatlar təqdim olunmuşdur. Qeyd edək ki, Multidissiplinar Elmi Forum Azərbaycan Elm Assosiasiyasının keçirdiyi sayca ikinci forumdur. Assosiasiya müntəzəm qaydada müxtəlif elmi mövzuları əhatə edən seminarlar keçirir, internet üzərindən videolar, məqalələr və infoqrafikalar hazırlayaraq paylaşır.  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...