Cümə axşamı, 9 Aprel, 2026

SBYC Baku: "Addım Atmaq"


  • Dərc edildi: 1 May, 2019 - 21:08
SBYC Baku: "Addım Atmaq"

“Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial biznesləri yaratmaqda lazımi dəstəyi göstərməkdir. Bu dəfə Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə "Addım atmaq" mövzusuna aid gənclər üçün faydalı tədbir həyata keçirtməyə qərara gəldik. "Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM)" nin - əsas hədəfi gənclərin doğru istiqamətdə inkişafını təmin etmək məqsədi ilə ölkəmizdə savadlılığın artırılmasında töhfə verməkdir Sosial sahibkardan addım atmağın vacibliyi haqqında öyrənmək istəyərdiniz mi? Onda platformamızın növbəti tədbirinə xoş gəlmisiniz! Tarix: 19 May, 11.00 Mövzu: "Addım atmaq" Məkan: Gənclərin İnkişaf və Karyera Mərkəzi (Mixail Kaveroçkin küç. 30, ABŞ səfirliyi ilə üzbəüz) Müddət: 1 saat 30 dəqiqə Dil: Azərbaycan dili ___________________________ Spiker: Murad Məmmədov Murad Məmmədov – 1990 yanvarın 14-ü Bakı şəhərində doğulub. Anadangəlmə sümüklərində olan kalsium çatışmazlığı səbəbilə, 15 yaşına qədər gəzə bilməyib, 15 yaşında heç bir tibbi müdaxilə olmadan, məşqlər edərək qoltuq ağaclarının (çəliklərin) köməkliyilə gəzməyə başlayıb. 2011-ci ildən etibarən “Müstəqil Həyat” ictimai birliyindən başlayaraq təlimçi və fərdi inkişaf mütəxəsisi olaraq fəaliyyət göstərir, motivasiya verici seminarlar keçir. 2014-2015-ci illər üçün, BMT-nin ölkə üzrə gənclərdən ibarət məşvərət şurasının üzvü seçilib. Azərbaycanda fəaliyyəət göstərən inkluziv “Əsa” teatrının ilk aktorlarından olub və teatrın yaradılması prosesində iştirak edib. “Uğurun Xəritəsi” Kitabının müəllifidir.

www.mammadovmurad.com şəxsi saytında aktiv bloggerlik fəaliyyətilə məşğuldur. Hər il ölkəni, ölkədən kənar bir neçə beynəlxalq tədbirlərdə təmsil edir. Hazırda əlilliyi olan şəxslərə əl işləri hazırlamağı öyrədəcək və bu əl işlərinin online satışını həyata keçirəcək bir web portal layihəsi üzərində çalışır. Layihənin məqsədi əlilliyi olan şəxslərin müstəqil yaşam tərzlərinə dəstək olmaq və Azərbaycanlılar tərəfindən hazırlanan əl işlərini beynəlxalq bazara çıxarmaqdır. ___________________________ Müzakirə olunacaq məqamlar: - İlk addım qorxusunu necə aradan qaldıraq? - Risk etmək bizə nələri qazandıra bilər? - Cəhdlərimizin uğurlu olması nədən aslıdır? - Atacağımız addımın bizi xoşbəxt edəcəyini haradan bilək? ___________________________ İştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat linki: https://forms.gle/nXMm7a4LSh7Xi1zF9 Qeydiyyat zəruridir! Qeydiyyat üçün son tarix: 18 May, 23.30 ___________________________ Əlaqə nömrələri: +994 (50) 726-39-03 +994 (12) 440-51-43​ Elektron ünvanlar: [email protected] [email protected] Facebook page: Social Business Youth Center Facebook group: Social Business Youth Center-Azerbaijan

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...