Cümə axşamı, 9 Aprel, 2026

SDG Talks: Su resurslarının idarə olunmasında fərqli yanaşmalar


  • Dərc edildi: 29 Aprel, 2019 - 12:51
SDG Talks: Su resurslarının idarə olunmasında fərqli yanaşmalar

"SDG Talks" mühazirələr sessiyamızın bu dəfəki qonağı Həcər Hüseynova "Su resursları və su resurslarının idarə olunmasına fərqli yanaşmalar" barəsində danışacaq. Yer kürəsinin ümumi su ehtiyatlarının 97.5%-i duzlu sulardır və yerdə qalan miqdarın 90%-a qədəri buzlaqlar və yeraltı sular şəklindədir. Yəni ki, əlçatan şirin su ehtiyatları yer üzərində bərabər paylanmamaqla yanaşı, həm də limitli miqdardadır. Bu da öz növbəsində su çatışmazlığı ilə əlaqəli olan problemlər zəncirinə səbəb olur. Bəs çıxış yolu nədir? Su resursları idarəçiliyinə hansı yanaşmalar var? Biz fərd olaraq nə edə bilərik? Həcər Hüseynova, hal-hazırda BMTİP-QEF Kür 2 layihəsində Regional Layihə Təhlilçisi kimi fəaliyyət göstərir. Layihənin əsas məqsədi Azərbaycan və Gürcüstan arasında, eləcə də, hər iki ölkə daxilində su resurslarının inteqrasiyalı idarəolunmasının inkişafına nail olmaqdır.

Həcər, Kür 2 layihəsinə qoşulmazdan əvvəl, ADA Universitetində Azərbaycanın ətraf mühit məsələləri sahəsində tədqiqat işləri aparmış və müxtəlif ətraf mühit dəyirmi masaları, konfransları və məktəblərinin təşkilatçılığını etmişdir. Bundan başqa, o, GİZ-in təşkil etdiyi Ekosistem Xidmətlərinin İnkişaf Planına İnteqrasiyası təliminə təlimçi kimi dəvət olunur. Artıq bir neçə ildir ki, GİZ-in əməkdaşlığı ilə Qərbi Kaspi və ADA Universitetlərində təşkil olunan yay və payız ətraf mühit məktəblərində təlimçi kimi fəaliyyət göstərir. SDG Talks: Dayanıqlı inkişaf məqsədləri barəsində olan bu mühazirə sessiyamızda 17 məqsəd üzrə fəaliyyət göstərən mütəxəssislər öz işlərini bizim ilə bölüşəcək. Bu təşəbbüsümüzün məqsədi, əhali arasında dayanıqlı inkişaf məqsədlərinin aşılanması və insanların bu məsələlərə cəlb olunmasıdır. Tarix: 3 may 2019 Saat: 19:00 Məkan: Baku IdeaLab Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə. Giriş sərbəstdir.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 22
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 459
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1156
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 621
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 341
Məktəblilər üçün "FI...