Bazar ertəsi, 3 Noyabr, 2025

Şəffaf Forum


  • Dərc edildi: 2 Fevral, 2018 - 00:23
Şəffaf Forum

2018-ci ilin 3 fevral tarixində saat 2-də Beynəlxalq Anti-Korrupsiya Akademiyasının (İACA) magistr proqramının 2016-cı il məzunlarının iştirakı ilə Şəffaf Forum keçiriləcəkdir. Forumda iştirak edəcək panelistlər İACA-da müdafiə etdikləri elmi işləri və onun nəticələri barədə iştirakçıları məlumatlandıracaq və onların suallarını cavablandıracaqdır. Formun iştirakçıları: Elnur Musayev – Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Məftun Abbasov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktorunun müavini Kamal Cəfərov – Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüqar Məmmədov – Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Süleyman Rüstəmov – Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı QEYD: Azərbaycan Respublikası Beynəlxalq Antikorrupsiya Akademiyası təşəbbüsünə dəstək verən və bu təşkilata ilk qoşulan ölkələrdən biri olmuşdur. Azərbaycan Respublikasının “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Qanunu ilə 2012-ci ildə bu təşkilata qoşulmuşdur. İACA korrupsiyaya qarşı mübarizə sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində qısa və uzun müddətli seminar və konfranslar, yay məktəbləri təşkil edir. Belə ki, İACA dünyada ilk dəfə olaraq antikorrupsiya elmləri haqqında magistr proqramı təqdim edir. Azərbaycan Antikorrupsiya Akademiyasının təqdimatında növbəti "Şəffaf Forum" tədbirində iştirak etmək üçün qeydiyyat forması: Qeydiyyat Yer sayı məhdud olduğundan ilkin müraciət edən şəxslərə üstünlük veriləcəkdir.

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 339
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 381
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 53
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 57
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 52
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 223
Dövlət İmtahan Mərkə...