Cümə, 5 Sentyabr, 2025

“ŞƏHİD ŞƏHƏR” Respublika Uşaq Rəsm müsabiqəsi


  • Dərc edildi: 20 Yanvar, 2019 - 00:33
“ŞƏHİD ŞƏHƏR”  Respublika Uşaq Rəsm müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə ŞƏHİD ŞƏHƏR Respublika Uşaq Rəsm müsabiqəsi elan olunur.   17 yaşa qədər uşaqlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2019-ci il fevral ayının 8-dək Xətai Sənət Mərkəzinin whatsapp nömrəsinə 051 310 74 01 göndərməlidir. Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik. Müsabiqə iki turdan ibarət olacaqdır. I turdan keçmiş əsərlər Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə nümayiş olunacaqdır. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.   Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...