Şənbə, 6 Sentyabr, 2025

Seminar: SƏTƏM-in əsasları


  • Dərc edildi: 7 Aprel, 2018 - 09:55
Seminar: SƏTƏM-in əsasları

Azərbaycan Mühəndislər Birliyi və Bakı Ali Neft Məktəbi əməkdaşlığı ilə tələbələr və məzunlar üçün “SƏTƏM-in əsasları” (HSE Foundations) təlim seminarını təşkil edir.Seminarda iştirak etmək istəyənlər qeydiyyatdan mütləq keçməlidirlər. Xahiş olunur tədbirə gələndə özünüz ilə vəsiqənizidə gətirəsiniz.Qeydiyyatın son tarixi 12 Aprel ! Tədbir 14 apreldə Bakı Ali Neft Məktəbində keçiriləcəkdir. Seçiləcək iştirakçılara iştirak məktubu göndəriləcəkdir. “SƏTƏM-in əsasları” təlim seminarının sonunda qazancınız/ Your gains at the end of “HSE Foundations” training seminar: - SƏTƏM sahəsində nəzəri və praktiki biliklər - Azərbaycanda və xaricdə şirkətlərin SƏTƏM sahəsində namizədə olan tələblərinin öyrənilməsi Təlimçi haqqında ümumi məlumat: Təlimçi İlkin Həsənəliyev neft-qaz, tikinti, kimya və qida sənayəsi üzrə Azərbaycanda və xaricdə yerli və beynəlxalq şirkətlərdə iş və təlimçilik təcrübəsinə malik SƏTƏM üzrə səriştəli peşakardır. O Peşə Sağlımlığı və Təhlükəsizlik İnstitutunun (IOSH) texniki üzvü (Tech IOSH), Risk və Təhlükəsizliyin İdarəçiliyi üzrə Beynəlxalq İnstitutun Assosativ üzvüdür (AIIRSM) və hal-hazırda SƏTƏM üzrə konsultant (məsləhətçi) və təlimçi kimi fəaliyyət göstərir. O, “Training and Consulting Services” (TCS) şirkətində SƏTƏM üzrə təlimçi, BP-nin Şah Dəniz 2 layihəsində Amec Foster Wheeler şirkətində, BASF Caspian şirkətində, “Bakı 2017, 4-cü İslam Həmrəylik Oyunları”, “ 2017 Azərbaycan Qrand Prisi – Formula 1” layihələrində Fresh Catering MMC şirkətində, “Aşqabad 2017, 5-ci Asiya oyunları ” layihəsində Kofler & Kompanie şirkətində SƏTƏM sahəsində mütəxəssis və rəhbər vəzifələrində çalışmışdır. O Facebook və LinkedIn sosial şəbəkələrində “Azerbaijan HSE Professionals” ictimai qrupunun yaradıcısı və adminidir. Qeydiyyat üçün link : https://goo.gl/forms/ABCx1XhWgpWrcZTL2

Şənbə, 14 Aprel 16:00 - 18:00 arasında

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 569
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 203
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 245
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 48
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 141
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 894
2 günlük Lənkəran və...