Cümə axşamı, 9 Aprel, 2026

“Sənaye 4.0-a doğru” adlı layihə


  • Dərc edildi: 5 Fevral, 2019 - 14:38
“Sənaye 4.0-a doğru” adlı layihə

Əziz gənclər! Bildiyiniz kimi birinci və ikinci sənaye inqilabı buxar maşının ixtirası və elektrikin yaranması ilə bağlıdır. Sənayenin üçüncü dövründə artıq kompüterlərdən istifadəyə başlandı ki, bu da öz növbəsində robotların və maşınların işçiləri əvəz etməsini sürətləndirdi. İndi isə biz Sənaye 4.0-a keçid edirik. Yeni eraya bizimlə bir addım atmaq istəyirsinizsə, hər birinizi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyilə həyata keçiriləcək “Sənaye 4.0-a doğru” adlı layihəyə dəvət edirik. İştirakçılar layihə çərçivəsində aşağıdakı mövzularda təlim və seminarlara cəlb olunacaq: 1. Sənaye proseslərinin idarə edilməsi (proses tipləri, PİD idarə etmə sistemləri, PİD idarə alqoritmləri, daha qabaqcıl idarə etmə üsulları və s.) 2. Elektrik sistemləri (elektrik sxemlərinin oxunması, ən çox rast gəlinən elektrik elementlərinin işləmə prinsipləri və s.) 3. Ağıllı ev avtomatikası 4. MATLAB-da sistem identifikasiyası ilə bağlı praktiki işlər və s. Layihə 9 fevral 2019 tarixindən başlayaraq həftənin şənbə günləri (4 təlim-seminar) Bakı Ali Neft Məktəbində (Xətai korpusu, Xocalı prospekti, 30) həyata keçiriləcəkdir.

Təlimlərdən əlavə, bir sənaye şirkətinə səfər də nəzərdə tutulub. Layihədə ixtisasından asılı olmayaraq bütün tələbələr iştirak edə bilər. Yerlərin sayı məhdud olduğundan qeydiyyat üçün tələsməniz məsləhətdir. Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə ([email protected]) bildiriləcəkdir, məhz buna görə, e-mail-larınızı mütəmadi olaraq yoxlamağınız xahiş olunur. Qeydiyyat üçün son tarix: 7 fevral, saat 23:59-dur. Təlimlər zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur. Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatla təqdim olunacaq. Layihədə iştirak ödənişsizdir. Layihə rəhbəri: Aydın Nəsirzadə Əlaqə: [email protected] Qeydiyyat linki: https://goo.gl/forms/n5fdQpC1lRDsXFxD3

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...