Cümə axşamı, 9 Aprel, 2026

Sənətkarlıq məhəlləsi - 2019 Novruz festivalı


  • Dərc edildi: 20 Mart, 2019 - 20:17
Sənətkarlıq məhəlləsi - 2019 Novruz festivalı

21-22.03.2019 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 21-22 mart 2019-cu il tarixlərində Novruz bayramı münasibətilə “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirəcəkdir. “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda baş tutacaq festivalda müxtəlif sənət nümunələri üzrə sənətkarlar, pəhləvanlar, Dədə Qorqud, Kosa, Keçəl və Bahar qızı kimi Novruz personajları iştirak edəcəkdir. Milli və müasir musiqi nömrələrinin, milli rəqslərin, maraqlı, hədiyyəli viktorina və oyunların yer alacağı tədbirdə həmçinin yeni Qala Atçılıq mərkəzinin açılışı da baş tutacaqdır. Novruz festivalında aşağıda qeyd olunan təqdimatlar da keçiriləcəkdir: - Atlıların müşayiəti ilə məşəllərin gətirilməsi və bayram tonqalının yandırılması; - “Zorxana” nın pəhləvan güləşçiləri və “türk döyüşü növləri”ni nümayiş etdirən 90 nəfərlik idmançı qrupların möhtəşəm çıxışları; - “Face Art” və xınayaxdı mərasimlərində milli bəzək və naxışların çəkilməsi, eləcə də uşaqlar üçün “Pozitiv kids” studiyasında maraqlı əyl�

�ncələrin təşkili; - Tədbir boyu qurulmuş xüsusi çadırlarda taxta üzərində oyma işləri, dekorativ narların, milli geyimli gəlinciklərin hazırlanması, bəzək əşyalarının toxunması və tikilməsi kimi əl işlərinin icra proseslərinin nümayişi; - Azərbaycan mətbəxinin əvəz olunmaz hissəsi olan çay dəstgahı - samovar çayı, şabalıd qovurması, “Səməni” halvası və kababların hazırlanması, lavaşın bişirilməsi, meyvə şirələrinin, müxtəlif çərəzlərin satışı. Festival günlərində şəhərimizin sakinləri və xarici qonaqların şənlikdə rahat iştirakının təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri fəaliyyət göstərəcəkdir. Gediş: İçərişəhər, Qoşa Qala qapılarından saat - 11:00-15:00-dək (1 saat interval ilə) Qayıdış: Qala Qoruğundan saat - 13:00-17:30-dək (1 saat interval ilə) Festival 2 gün müddətində “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda (Xəzər rayonu, Qala kəndi, Sülh küç-83) gündüz saat 12:00-dan axşam saat 17:00-dək davam edəcəkdir. Əlaqə vasitələri: (012) 437-31-75 (012) 437-15-46 (050) 620-65-51 (050) 888-18-20

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 21
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...