Bazar ertəsi, 8 Sentyabr, 2025

Şirkətin(hüquqi şəxsin) Fəaliyyətinin Əsasları - Təlim


  • Dərc edildi: 20 Aprel, 2018 - 15:33
Şirkətin(hüquqi şəxsin) Fəaliyyətinin Əsasları - Təlim

Xoş gördük, əziz dostlar! Sizi EOS Academy-nin növbəti tədbiri olan “Şirkətin(hüquqi şəxsin) Fəaliyyətinin Əsasları” adlı seminara dəvət edirik. "EOS Academy" elmin və düşüncənin inkişafına könüllü şəkildə xidmət edən qurumdur. Akademiya elm və maarifin təbliğatı üçün müxtəlif vasitələrdən yararlanır. Müxtəlif elmi-düşüncə mövzulu seminar, təlim, tədbir və digər bu qəbildən layihələrin təşkil edilməsi akademiyanın fəaliyyətinə daxildir. Bu təlimdə şirkətlərin iqtisadi əsaslarından çox, hüquqi əsaslarına toxunulacaq.Təlim zamanı iştirakçılar bu və digər suallara cavab tapa biləcəklər: Şirkət təsis etmek istəyən şəxs nələri bilməlidir? Şirkət, yəni hüquqi terminlə desək, hüquqi şəxs necə fəaliyyət göstərir, bunun üçün nələri bilməliyik? Hüquqi şəxsin təşkilati-hüquqi formaları(mmc, asc) nələrdir, nə kimi ferqleri vardır? Qonağımız Emin Kərimov: PwC Hüquq praktikasının baş hüquq meneceri, korporativ hüquq/M&A və maliyyə xidmətləri departamentin rəhbəridir. Azərbaycan Korporativ Hüququ kitabın müəllifi, Bakı Hüquq Jurnalı elektron hüquq jurnalının redaktorudur. Həmçinin kommersiya hüququ sahəsində müxtəlif məqalələri müəllifidir. Müxtəlif vaxtlarda Korporativ hüquq, Bank və maliyyə hüququ, Beynəlxalq xüsusi hüquq və kommersiya əqdləri fənlərini tədris etmişdir. Hüquq bloqu – http://eminlaw.org Təhsil: 2011 LLM, ABŞ Minnesota Universitetin Hüquq məktəbi 2010, ABŞ Corctaun Universiteti Hüquq məktəbi 2009, İngiltərə və Uels Hüquq koleci 2004, Dövlət İdarəçilik Akademiyası *Qeydiyyat linki: https://goo.gl/forms/xFhR4xDASC2RrD8u2 Təlim: Ödənişsiz Tarix: 21 aprel Saat: 17:00 Məkan: ADA Universitet Ünvan: Əhmədbəy Ağaoğlu 11(Gənclik m/s yaxınlığı) *Qeyd: Yerlər məhduddur, qeydiyyatdan keçmiş şəxslərin özləri ilə vəsiqələrini gətirmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 677
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 224
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 256
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 61
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 147
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 898
2 günlük Lənkəran və...