Cümə axşamı, 9 Aprel, 2026

Sosial Biznes Düşərgə (Ödənişsiz)


  • Dərc edildi: 28 Oktyabr, 2020 - 08:05
 Sosial Biznes Düşərgə (Ödənişsiz)

Salam, əziz dostlar!   Sosial Biznes Gənclər Mərkəzi, ABŞ Səfirliyinin dəstəyi ilə “Social İnnovation Lab” ilə birgə əməkdaşlıq çərçivəsində Sosial Biznes Düşərgə layihəsinə müraciətləri qəbul edir. Sosial Biznes Düşərgəsi sosial problemi həll edən biznesi qurmağı öyrədən 3 aylıq onlayn təlim proqramıdır. Təlimlər Zoom platforması vasitəsi ilə keçiriləcəkdir. Proqramın iştirakçıları sahibkarlıq, sosial biznes anlayışı, sosial biznes üçün biznes modelinin hazırlanması, sosial biznes üçün marketinq strategiyası və sosial biznes qurmaq üçün lazım olan digər mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz sosial biznes ideyalarını inkişaf etdirərək, kouçinq və mentorluq dəstəyi almaq üçün təqdim edəcəklər. Sosial Biznes Düşərgəsinin əsas məqsədi, m�

�asir texnologiyalar və metodlar əsasında innovative sosial biznes fikirlərini və startaplarını tanıtmaq və dəstəkləməklə Azərbaycanda sosial sahibkarlığın inkişafına töhfə verməkdir. Proqram nəticəsində 25-30 iştirakçı öz icmalarına tövhə vermək üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. İlk təlimin keçirildiyi vaxt: 7 Noyabr Layihənin proqramı seçilmiş iştirakçılara göndəriləcəkdir. Kimlər müraciət edə bilər: ənənəvi və sosial sahibkarlar, sosial biznes ideyası olanlar, gənc mütəxəssislər, proqramlaşma üzrə mütəxəssislər, sosial işçilər, tələbələr, universitet məzunları və ətrafında müsbət dəyişiklik edən hər kəs. Müraciət üçün son tarix: 28 Oktyabr Məkan: Zoom Müraciət üçün qeydiyyat linki : https://forms.gle/yyzNoToGc2pT7PTm9 Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: Email: [email protected]

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...