Cümə, 5 Sentyabr, 2025

Sosial biznesin uğur hekayəsi - Təlim


  • Dərc edildi: 27 İyun, 2018 - 12:59
Sosial biznesin uğur hekayəsi - Təlim

“Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial biznesləri yaratmaqda lazımi dəstəyi göstərməkdir.2018-ci ilin aprel ayında yaradılan bu platforma sosial sahibkarlıq və ona uyğun mövzulara aid artıq 400-dən çox müraciət alaraq və 100 nəfərdən çox iştirakçı qəbul edərək tədbirlərini həyata keçirtmişdir. Sizin sosial biznes ideyanız var və sosial biznes qurmaq istəyirsiz? Sosial sahibkardan Azərbaycanda bu prosess və üstəlik xüsusi ehtiyacı olan xanımlarla çalışan layihə haqqında öyrənmək istəyirsiniz? Onda platformamızın EduHubla birgə təşkil etdiyi növbəti tədbirinə xoş gəlmisiniz! Tarix : 28 İyun, 18.30 Mövzu: "BUTA Art & Sweets" sosial biznesin uğur hekayəsi Məkan: Baku İdea Lab(Caspian Plaza, 3-cü mərtəbə, Cəfər Cabbarlı küç.44, Nizami metrosunun yaxınlığı Müddət: 1 saat 30 dəqiqə Dil: Azərbaycan dili ___________________________ Spiker: Sara Rəcəbli - Sosial sahibkar - "Free to Travel"(gəncləri aşağı büdcəli səyahətlər haqqında məlumatlandıran platforma) , "BUTA Art & Sweets" (xüsusi ehtiyacları olan xanımların hazırladığı ev şirniyyatlarını satışını təmin edən Azərbaycanda ilk sosial startup) və "Social Business Youth Center" layihələrin təsisçisi - "Yunus & Youth" Sosial Sahibkarlıq proqramına seçilən ilk Azərbaycanlı sosial sahibkar - Azərbaycan Turizm və Menecment Universitetinin turizm və otelçilik üzrə məzunu - Almaniyanın Jade Universitetində DAAD təqaüdü ilə təhsil alıb - 3 dəfə DAAD, 2 dəfə Erasmus+, 2 dəfə Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Tatarstan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Kommissiyası və Avropa Şurasının müxtəlif beynəlxalq proqramlarda iştirak üçün təqaüdlərin qalibi - "EU Neighbours East" layihəsinin "Gənc Avropalı Səfirlər" şəbəkəsin üzvü - Azərbaycan Respublikası Gənclər Təşkilatların Milli Şurasının "Gənc Elçilər" proqramın məzunu "BUTA Art & Sweets" haqqında: - Xüsusi ehtiyacları olan xanımların hazırladığı ev şirniyyatlarını satışını təmin edən Azərbaycanda ilk sosial startup - Sentyabrda ancaq xüsusi ehtiyacları olan xanımlara dəstək ideyası və 170 manatla başlayan bu sosial biznes artıq 9 ay ərzində 15 xanımı cəlb edib,menyunu 23 şirniyyat növünə kimi genişləndirməyi və sırf gəlirlərlə işləməyi bacarıb - Məhsullar artıq 4 ölkədə keçirilən beynəlxalq tədbirlərdə təmsil olunub - 30-dan çox yerli və beynəlxalq şirkət,qurum və tədbirlərlə əməkdaşlıq - BBC,EU Neighbours East, European External Action Service kimi beynəlxalq media kanallarında dərc olunma - Azərbaycandan ilk sosial biznes layihəsi kimi hal-hazırda "Yunus&Youth Fellowship 2018" sosial sahibkarlıq proqramında iştirak edir _________ Tədbirdə müzakirə olunacaq: - Sosial bizneslərin 7 prinsipi - Xüsusi ehtiyacı olan insanlar haqqında stereotiplər - "BUTA Art & Sweets" sosial biznesin uğur və uğursuzluq hekayəsi - Sosial biznesin idarə olunmasında ən böyük çətinliklər - Xüsusi ehtiyacı olan insanlarla çalışmağın üstünlükləri _________ İştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat linki : https://goo.gl/forms/0kFvwIQnTgIpqRRh1 Qeydiyyat üçün son tarix : 27 İyun, 18.30 Əlaqə: 055 798 37 73 050 726 39 03 [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 391
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 189
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 241
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 892
2 günlük Lənkəran və...