Bazar, 18 May, 2025

“Sosial İnkişaf üçün İncəsənət” layihəsinə qəbul!


  • Dərc edildi: 26 Fevral, 2018 - 21:10
“Sosial İnkişaf üçün İncəsənət” layihəsinə qəbul!

“Sosial İnkişaf üçün İncəsənət” layihəsində iştirak üçün ərizə qəbulu Son müraciət tarixi: 15 mart, 2018 “İNKIŞAF ZAMANI” proqramı ABŞ-ın Bakidakı Səfirliyinin maliyyə dəstəyi, Theodor-Heuss-Kolleg, MitOst Assosiasiyası və EduHUB - ın təşkilatçılığı ilə Azərbaycanda yaşayan gəncləri “Sosial İnkişaf üçün İncəsənət” mövzusu altında keçiriləcək təşəbbüsdə iştirak etməyə dəvət edir. Burada əsas ideya incəsənət vasitəsi ilə icmamızı inkişaf etdirmək, müsbət sosial dəyişiklik yaratmaqdır. Proqram çərçivəsində icmalarında fəal olan və ya fəal olmaq istəyən gənclər öz layihələrini reallaşdırmaq üçün lazımı biliyi, bacarıqları və dəstəyi əldə edirlər. “Sosial İnkişaf üçün İncəsənət” İnkişaf Zamanı proqramının təşəbbüsüdür və başlıca məqsəd gənclərin sosial həyatda fəallığına nail olmaqdır. Proqramı uğurla başa vuran iştirakçılar “İnişaf Zamanı” proqramının və MitOst Assosiasiyasının məzunu adını qazanaraq yerli və beynəlxalq təşəbbüslərdə iştirak etmək imkanı əldə edirlər. “İnişaf Zamanı” proqramı haqqında məlumatı bu saytdan əldə edə bilərsiniz. Əgər sən □ 18-29 yaşları arasındasan □ İcmanda fəalsan və ya fəallığını artırmaq istəyirsən □ Könüllülük fəaliyyətinə maraq göstərirsən □ Yaradıcı və ya innovativ yanaşmalara maraq göstərirsən O zaman bu proqrama müraciət et və □ İncəsənətin boyük sosial qüvvəyə malik olduğundan əmin olmaq □ Layihələrin idarə olunması sahəsində bilik və təcrübə qazanmaq □ Sosial çevrəni genişləndirmək □ Könüllü təşəbbüsünü həyata keçirmək □ Həmfikirlər şəbəkəsinə qoşulmaq şansından yararlan. Proqramın cədvəli aşağıdakı kimidir: 1. “İncəsənətlə Sosial İnkişaf” Təlimi 31 mart – 1 aprel və 7-8 aprel, 2018 İlk mərhələ olaraq iştirakçılar sosial inkişafı sürətləndirən və sosial problemlərin həllində yardımçı olan incəsənət vasitələri ilə tanış olacaqlar və onları təcrübədən keçirəcəklər. 2. Təşəbbüs təkliflərin göndərilməsi son tarix 15 aprel, 2018 İlk komponentdən sonra iştirakçılar həyata keçirtmək istədikləri sosial təşəbbüs ideyalarını təqdim edəcəklər. Təşəbbüslərə dair kriteriyalar haqqında ilk mərhələdə daha ətraflı məlumat veriləcək. Təşəbbüslər komanda şəklində təqdim olunmalıdırlar, individual təşəbbüslər istisna hallarda dəstəklənəcəklər. 3. “Layihə Menecmenti” Həftə sonları 21-22 aprel və 28-29 aprel, 2018 Təqdim olunmuş təşəbbüslərin və ilk mərhələdəki iştirakın əsasında seçilən iştirakçılar ikinci mərhələyə dəvət olunacaqlar. Və ikinci mərhələdə Layihə Menecmentinin əsaslarını mənimsəyəcəklər. TfD mentorlarının dəstəyi ilə yekun təşəbbüs təkliflərini proqrama təqdim edəcəklər. 4. Təşəbbüslərin reallaşdırılması dövrü 30 aprel- 30 iyun, 2018 İki mərhələni uğurla başa vurmuş iştirakçılar təsdiq olunmuş təşəbbüslərini 2 ay ərzində proqramın maliyyə və mentorluq dəstəyi altında həyata keçirəcəklər. 5. İnkişaf Forumu 7-10 iyul, 2018 Proqramın son mərhələsi olaraq təşəbbüslərini uğurla həyata keçirən iştirakçılar şəxsi inkişaflarını, təşəbbüslərinin cəmiyyətə olan təsirini və komandalarını qiymətləndirəcəklər. Və təşəbbüslərinin nəticələrini daha geniş kütləyə təqdim edəcəklər. Təlimlər Baki şəhərində keçiriləcək və İnkişaf Zamanı proqramının təlimçiləri tərəfindən aparılacaq. Təlimin dili Azərbaycan dilidir. Layihənin reallaşdırılması dövründə iştirakçılar mentor dəstəyi alacaqlar. Bütün komponentlərdə iştirak etmək tələb olunur. Müraciət və Seçim prosesi Proqramda iştirak üçün buradan online müraciət formasını doldurmalısınız. Ərizələrin son qəbulu tarixi – 15 mart, 2018-ci il. Seçilmiş iştirakçılar 20 AZN miqdarında geri qaytarılan iştirak haqqı ödəyəcəklər və yalnız proqramın bütün komponentlərini uğurla başa vurmuş iştirakçılara bu məbləğ geri qaytarılacaq. Universitet və ya iş yerindən icazə iştirakçıların öz məhsuliyyətidir. Xərclər Təlimlər zamanı iki çay fasiləsi və günorta yeməyi təşkilatçılar tərəfindən qarşılanır. Regiondanlardan qatılan iştirakçıların qalmaq, yemək və yol xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. Yol xərcləri rəsmi sənəd təqdim olunduğu halda qarşılanacaq. QEYDİYYAT LİNKİ Bizimlə əlaqə: E-mail: [email protected] Facebook səhifəsi : https://www.facebook.com/inkishafzamani/ Web-səhifə: www.time4development.net “İnkişaf Zamanı ilə vaxtını dəyərləndir! İnkişafını sürətləndir!”

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb