Cümə, 5 Sentyabr, 2025

“Sosial Sahibkarlıq Laboratoriyası”na iştirakçı qəbulu!


  • Dərc edildi: 31 Oktyabr, 2018 - 20:21
“Sosial Sahibkarlıq Laboratoriyası”na iştirakçı qəbulu!

Education HUB “Sosial Sahibkarlıq Laboratoriyası”na iştirakçı qəbulunu açıq elan edir

Son müraciət tarixi: 15 noyabr, 2018

“Education HUB” Sizi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycanın 2 bölgəsində - Bərdə və Mingəçevir şəhərlərində yaşayan gənc xanımlar üçün “Sosial Sahibkarlıq Laboratoriyası” (SSL) mövzusunda keçiriləcək təlimlərdə iştirak etməyə dəvət edir!!!   “Sosial Sahibkarlıq Laboratoriyası”nın əsas məqsədi gənc qadınlar arasında sahibkarlıq biliklərini inkişaf etdirmək, kiçik biznes vasitəsilə qadınların icmada fəallığını artırmaq, biznesdə sosial komponentin tətbiqini və habelə regionlarda qadın sahibkarlığını təşviq etməkdir. Proqram çərçivəsində icmalarında fəal olan və ya fəal olmaq istəyən gənc xanımlar öz təşəbbüslərini reallaşdırmaq üçün lazımı bilik, bacarıq və dəstək əldə edirlər.  

Əgər sən

  • 18-29 yaşındasan
  • Sahibkarlığa dair biliklərin əldə olumasına maraq göstərirsən
  • Biznes ideyanı təkmilləşdirmək arzusundasan
  • Yaradıcı və ya innovativ yanaşmalar əldə etmək istəyirsən
 

O zaman bu proqrama müraciət et və

  • Sahibkarlıq təşəbbüsünü həyata keçirmək
  • Biznes planın hazırlanması və idaeəolunması sahəsində bilik və təcrübə qazanmaq
  • Yerli və beynəlxalq təcrübələrdən yararlanmaq
  • Biznes ideyanı təkmilləşdirmək üçün mentor dəstəyi almaq
  • Təcrübəli mütəxəssislərdən uğursuzluqlardan qaçmağın sirlərini öyrənmək
  • Həmfikirlər şəbəkəsini yaratmaq
 

şansından yararlan.

Proqramın cədvəli Proqram aşağıdakı mərhələlərdən ibarət olacaq.  
  1. Həftəsonu sahibkarlıq dərsləri: Dekabr 2018 – Yanvar 2019, 2018 - 6 həftə müddətində Bərdə və ya Mingəçevir şəhərlərində keçiriləcək;
 
  1. Təcrübə klinikası: Yanvar-Fevral, 2019 - Bakı şəhərində təcrübə səfəri və biznes qurumlarından dəvət olunan mütəxəssislərin təqdimatları daxil olmaqla keçiriləcək ;
  1. İdeyaların təqdimatı və icra müddəti. Fevral-May, 2019 (Bərdə və Mingəçevir şəhərlərində)
   

4. SSL Forumu: İyun-İyul 2019. (Bakı)

Proqram çərçivəsindəki təlimlər Bərdə və Mingəşevir şəhərlərində keçiriləcək. Təlimlər yerli və xarici təlimçilər tərəfindən aparılacaq. Təlimin dili Azərbaycan dilidir.   Sahibkarlıq təşəbbüslərinin təkmilləşdirilməsi məqsədilə iştirakçılar mentor dəstəyi alacaqlar. Proqramın mərhələlərində iştirak hər mərhələnin sonunda aparılacaq qiymətləndirməyə əsasən müəyyən ediləcək. Yalnız münsiflər tərəfindən yüksək dəyərləndirilmiş təşəbbüslər dəstəklənəcək.  

Müraciət

Proqramda iştirak üçün buradan online müraciət formasını doldurmalısınız. Ərizələrin son qəbulu tarixi – 15 noyabr, 2018-ci il.   Seçilmiş və gözləmə siyahısında olan namizədlərlə 20 noyabr 2018-ci il tarixində əlaqə saxlanılacaq. Rica olunur e-mail hesablarınızı tez-tez yoxlayasınız çünki seçildiyiniz halda iştirakınızı təcili təsdiqləməniz tələb olunacaq.  

Xərclər

İştirakçıların yemək və yol xərcləri (Mingəşevirdən Bərdəyə və ya Bərdədən Mingəçevirə gələcək iştirakçılar), habelə Bakıda keçiriləcək tədbirlərdə gecələmə, yemək və nəqliyyat xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.  

Bizimlə əlaqə:

E-mail: [email protected]   Facebook səhifəsi : https://www.facebook.com/EduHUB.az/   Müraciətinizi gözləyirik!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 270
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 173
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 891
2 günlük Lənkəran və...