Bazar, 7 Sentyabr, 2025

Stress Və Stressin İdarə Olunması


  • Dərc edildi: 1 Sentyabr, 2019 - 10:57
Stress Və Stressin İdarə Olunması

❕"Brain Design" şirkəti artıq daha bir silsilə təlimi ilə sizin xidmətinizdədir. "Binəqədi Gənclər Evi"ndə keçiriləcək dördüncü görüşümüzdə sizinlə uzman psixoloji konsultant, psixoterapevt Anar Babayevin təqdimatında " Stress və Stressin İdarə Olunması" mövzusu ilə birlikdə olacayıq. Yerlər məhdud sayda nəzərdə tutulduğundan qeydiyyatdan keçməyə tələsin. ✨ Təlim tam Ödənişsizdir və sizin inkişafınıza xidmət edir. "STRESS və STRESSİN İDARƏ OLUNMASI" Mövzu barədə: Bu günlərdə dünyamız və bizi çevrələyən ətraf mühit o qədər gərginləşmişdir ki, insanın daşıdığı psixi yük gündən-günə, saatdan-saata artmaqda davam edir. Sosial şəbəkələrdən, televiziyadan, eləcə də ayrı-ayrı adamlardan alınan daim bilgi bombardmanı insanlara güclü təsir edir. Gözünün qabağında baş verən hadisələr isə onu hövsələdən çıxarır, güclü həyəcan keçirməyə, çıxış yolu axtarmağa, kimdənsə mənəvi yardım ummağa məcbur edir. Bəs bütün bu proseslərin nəticəsi kimi yaranan stress nə üçün var, nəyə xidmət edir? bütün bu və digər suallara 1 sentyabr tarixində Anar Babayevin təqdimatında sizlərlə cavab tapacayıq.. Təlimdə toxunulacaq mövzular: - Stress nədir? - Stress bizə necə təsir edir? - Stressin bioloji və psixoloji səbəbləri - Stressi idarə etmə yolları və ya stressi necə idarə etməli ️ Spiker: ANAR BABAYEV Spiker haqqında: Uzman Psixoloq / Psixoterapevt 1986-cı ildə Bakı şəhərində anadan olub. 2009-2013- cü illər arasında Ankara Universitetinin Təhsildə Psixoloji Xidmətlər fakültəsinin “Psikolojik Danışma ve Rehberlik” ixtisası üzrə təhsil alıb. Daha sonra 2013-2016- cı illər arasında eyni universitetdə eyni ixtisas üzrə magistr dərəcəsi alıb. Əsas ixtisaslaşma sahəsi "bütün yaş qruplarında olan insanlarla bərabər, uşaqlıq illərindən başlayaraq bir insanın həyat boyu inkişaf və karyera hədəflərində onlara necə dəstək verilir" mövzusu üzərində olmuşdur. Təhsil həyatı boyunca bir çox seminar və konfranslarda iştirak edərək öz sahəsində ixtisaslaşmışdır. Türkiyədə olduğu müddətdə öz sahəsi üzrə 3 illik iş təcrübəsinə malik olub. İştirak etdiyi bəzi seminar ve konfranslar: - Yeniyetmələrdə psixososyal inkişaf və psixoloji sağlamlıq - 2011 - Cinsi sağlamlıq mövzusunda təlim - 2012 - Duyğusal zəka: həyata uyğunlaşma açarı - 2012 - Cinsiyyət və romantik əlaqələr - 2012 - Ailədə psixososial xidmətlər - 2013 - Özəl müəssisələrdə psixoloji xidmət - 2014 - Beyin çalışmalarının psixoterapiya sahəsinə təsiri - 2015 - Uşaq istismarı ve flört istismarı - 2016 Təlimdə iştirak ÖDƏNİŞSİZDİR. ❕Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.. Qeydiyyat linki; https://forms.gle/Xgke3qBERxBYT2pz5 Ünvan: Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi,13/37 Əlaqə nömrələri: +994556826244 +994775334186 Mail ünvanı: [email protected] Website: www.braindesign.az Facebook: https://www.facebook.com/braindesign.az/ İnstagram: https://instagram.com/braindesign.az?igshid=1ug2mwkh001li

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...