Cümə, 5 Sentyabr, 2025

Su şirkətində 10-dan çox sahə üzrə təcrübə keçmək şansı!


  • Dərc edildi: 31 Yanvar, 2018 - 00:12
Su şirkətində 10-dan çox sahə üzrə təcrübə keçmək şansı!

“TAC” şirkəti “Könüllü ol, təcrübə qazan” layihəsini davam etdirərək 01.02.2018-ci il tarixindən etibarən gəncləri təcrübə proqramına qatılmağa dəvət edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan 18-30 yaş arası gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Könüllülər şirkətin müxtəlif sektorlarında və xidmət bölmələrində 2 (iki) ay müddətində iqtisadiyyatçı, mühasib, hüquqşünas, avadanlıq üzrə operator, proqramçı, elekronçu, ticarət təmsilçisi, kimyaçı, texnoloq və ofis işçiləri kimi təcrübə keçmək imkanı qazanacaqlar. Hər bir könüllü gündəlik yol və nahar xərcləri ilə təmin ediləcək. Proqramın sonunda bütün iştirakçılara sertifikatlar veriləcək və ən yaxşı nəticələr göstərən gənclər ixtisaslarına uyğun olaraq “TAC” şirkətində daimi işlə təmin olunacaqlar.

Müraciət üçün namizədlər 31.01.2018-ci il tarixədək CV-ləri mövzu hissəsində “Könüllü” sözünü qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər. Ətraflı məlumat üçün (012)4472991; (050)2252767

«TAC» MMC əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətlərdən biri olaraq artıq 21 ildir ki fəaliyyət göstərməkdədir. Bu müddət ərzində «TAC» MMC daxili bazarı “Aquavita” və “Şahdağ” keyfiyyətli təbii mineral sular, geniş çeşiddə “Gülüstan” limonadları, “Jingo” təbii şirətərkibli içkilər, “Nicetea” soyuq çaylar və “Kvas” alkoqolsuz içkilər ilə təmin etməkdədir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 235
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...