Bazar ertəsi, 3 Noyabr, 2025

“Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi – 3” layihəsi


  • Dərc edildi: 22 Avqust, 2019 - 09:56
“Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi – 3” layihəsi

Əziz məktəblilər! “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Skautlar Assosiyasiyasının tərəfdaşlığı ilə “Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi – 3” layihəsinə start verilir! Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirmənin genişləndirilməsi, həmçinin daha əvvəl həyata keçirilmiş layihənin nəticəsində formalaşdırılmış “Sumqayıt Məktəblilərinin Ekoloji klublar Şəbəkəsi”-nin fəaliyyətinin genişləndirilməsi məqsədillə Sumqayıt şəhərinin orta təhsil müəsissələrində təhsil alan məktəblilər üçün Qusar rayonunda 5 günlük tədris proqramı əsasında yay məktəbi təşkil ediləcəkdir. Ekoloji düşərgəyə cəlb edilmiş məktəblilər həmyaşıddan-həmyaşıda metodologiyası vasitəsi ilə öyrəndiklərini yoldaşlarına ötürməklə daha böyük auditoriyanın faydalanmasına şərait yaradacaq və şagirdlər arasında ekoloji maariflənmənin artırılmasında əhəmiyyətli rol oynayacaqdır. Elektron Ərizə Forması : https://form.jotform.me/92306599600460 Son müraciət tarixi : 25 avqust 18:00, 2019 Qeydiyyatdan keçməyə tələsin! #SDGT #CSYO

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 339
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 381
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 53
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 57
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 52
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 223
Dövlət İmtahan Mərkə...