Cümə, 23 Oktyabr, 2026

Sumqayıtda velo-yürüş keçiriləcək


  • Dərc edildi: 15 Sentyabr, 2023 - 22:28
Sumqayıtda velo-yürüş keçiriləcək

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Sağlam Düşüncə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 22 sentyabr 2023-cü il tarixində (saat 18:00-da) “Ekoloji və sağlam nəqliyyat - Velosipedin təbliği” adlı velo-yürüş keçiriləcək. Məqsəd Sumqayıt şəhərində velosiped idman növünə marağı artırmaq, velosipedin yalnız idman vasitəsi kimi deyil, gündəlik sağlamlığa xidmət edən nəqliyyat vasitəsi kimi də istifadəsini genişləndirməkdir. Yürüş Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzindən start götürəcək və bulvar ərazisində yekunlaşdırılacaq. Şəhər sakinlərini velo-yürüşə qoşulmağa dəvət edirik! Velo-yürüşdə iştirak üçün qeydiyyat vacibdir. Qeydiyyat üçün son tarix: 19 Sentyabr 2023-cü il, saat - 23:59 Velo-yürüş 22 sentyabr 18:00-da “Ümümd�

�nya avtomobilsiz günü” - də baş tutacaqdır. Velo-yürüş Heydər Əliyev mərkəzindən start götürüb bulvarda çay fasiləsi ilə sonlanacaq və ümumilikdə 9 km-lik məsafəni əhatə edəcəkdir. Qeyd edilən velo-yürüş yalnız məktəblilər üçün olmayıb şəhəri velo-şəhərə çevirmək istəyən hər bir Sumqayıt sakini üçün açıqdır! Qeyd: Dəbilqəniz varsa istifadə olunması arzuolunandır. Əlavə olaraq sizə təşkilat tərəfindən köynəklər veriləcəkdir. Əgər şəxsi velosipediniz yoxdursa təşkilat sizi velosipedlə təmin etmir, lakin icarə verilən yerlərdən (Bazarstore arxası) icarəyə götürə bilərsiniz. Qeydiyyat üçün: bit.ly/44SXKyS Əlaqə: Telefon: +99455 823 72 90 Email: [email protected] #Gənclərİdman #AzərbaycanGəncləri #Azərbaycanİdmanı #Velo #Yürüş #AXRGİİ #SDGT #Birkimibirlikdə

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 539
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...