Cümə axşamı, 9 Aprel, 2026

"Teatr vasitəsi ilə Dialoq" - Silsilə 24


  • Dərc edildi: 29 Mart, 2018 - 00:35
"Teatr vasitəsi ilə Dialoq" - Silsilə 24

Avropa İttifaqının “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” (PeaCE) proqramı çərçivəsində Y-PEER Azərbaycan Gənc Həmyaşıd Təhsili Şəbəkəsi "Teatr vasitəsi ilə Dialoq" başlıqlı işi və gənclər üçün silsilə təlimləri həyata keçirməyi planlaşdırır. Qeyd edək ki, Avropa İttifaqının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən PeaCE proqramı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri və siyasətçilər arasında dialoqu asanlaşdırmaqla sülh quruculuğu səylərini dəstəkləməyi məqsəd güdür. Təlimin məqsədi isə gəncləri münaqişə və sülh mövzusunda maarifləndirərək, onların fikirlərini və mesajlarını sosial teatrlar vasitəsilə cəmiyyətə çatdırılmasını təmin etməkdir. Təlim 25-29 aprel 2018-ci il tarixlərində baş tutacaq. Təlimin müddəti: hər gün 10:00-18:00 İştirak etmək üçün əsas kriteriyalar: - 18-25 yaşlı gənc olmaq; - münaqişələrin idarə olunması, və sülh quruculuğu mövzusu haqqında maraqlı olmaq; - təlimdə iştirak etmək üçün kifayət qədər motivasiyalı olmaq; - sosial teatr tamaşasında ifa etmək istə

mək; - təlimin davamı olaraq sülh-quruculuğu prosesinə töhfə verməkdə həvəsli olmaq. İştirakçılar nahar və çay fasiləsi ilə təmin olunacaq. Təlimdə iştirak tamamilə ödənişsizdir! Təlimdə iştirak edəcək 20 gənc həmyaşıd təlimçisi statusunu qazanaraq, öz bacarıq və biliklərini həmyaşıdlarına təlimlər keçməklə paylaşmaq imkanı əldə edəcək. Eyni zamanda silsilə təlimlərin sonunda seçilmiş 10 iştirakçı Gürcüstanda keçiriləcək dialoq görüşündə də iştirak etmək şansı qazanacaq. Təlimdə iştirak etmək üçün aşağıdakı müraciət formasını doldurmağınız xahiş olunur. https://goo.gl/forms/iaogI7J3FUTihjD72 Son göndərmə tarixi: 18 aprel, 2018-ci il saat 18:00-dır! Yalnız seçilmiş iştirakçılara 20 aprel tarixinədək seçilmələri barəsində və təlimlə bağlı ətraflı məlumat veriləcək. Ətraflı məlumat və sullarınızla bağlı əlaqələndirici şəxs Sevinc Səmədzadə ilə [email protected] emaili vasitəsi ilə əlaqə saxlaya bilərsiz.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 19
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 18
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 279
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 456
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 108
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 101
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...