Şənbə, 6 Sentyabr, 2025

"Təcəssüm (Kaat'ı Sənəti və Rəssamlıq)" - Sərgi


  • Dərc edildi: 28 İyun, 2018 - 07:15
"Təcəssüm (Kaat'ı Sənəti və Rəssamlıq)" - Sərgi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Retro Holding və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il 7 iyul tarixində saat 11:00-da Xətai Sənət Mərkəzində “Təcəssüm (Kaat’ı Sənəti və Rəssamlıq)” çərçivəsində İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin fərdi keçiriləcəkdir. İnci Aksu 1973-cü il aprelin 25-də İzmir şəhərində anadan olmuşdur. 1999-ci ildə İzmir şəhəri “Əl Sənətləri” kursunda təhsil almış və Kaat’ı Sənəti dərslərini Ertuğrul Özkasnaklı’dan öyrənmişdir . İnci Aksu 7 ildir Kaat’ı Sənətini, İzmir şəhərində fərdi kursda tədris etməkdədir . 2011-2017 illər ərzində 5 dəfə Fərdi Kursant Sərgiləri keçirilmişdir. İnci Aksu ilk dəfə olaraq Bakı-da Kaat’ı Sənətinin gözəlliklərini nümayiş etdirəcəkdir. Nicat Muxtarlı 1992-ci il mart ayının 22-də Bakı şəhərində anadan olmuşdur. 2001-2002-ci illərdə Pionerr kursunda rəsm dərsi almışdır. 2009-2013 illərdə Azərbaycan Dövlət Turizm İnstitutunda, 2014-2015-ci il ərzində İzmir Ekonomi Universitetində Magistratura, 2016- ci ildən isə Azərbaycan Qərb Universitetində Doktorantura təhsili almaqdadır. Hal-hazırda rəsm iə fərdi məşğul olmaqdadır, Bakıda və İzmir şəhərində bir çox sərgilərə qatılmışdır. İlk fərdi sərgisi İzmir şəhərində daha sonra 2-ci fərdi sərgi İzmir Dövlət Balçova Mədəniyyət Mərkəzində və 2017- ci ildə İnci Aksu ilə birlikdə fərdi sərgisi keçirilmişdir. Növbəti sərgi iyul ayının 7-də Bakı şəhəri Xətai Sənət Mərkəzində keçiriləcəkdir. Aysel Güneş 1983-cü il dekabr ayının 12-də Bakı şəhərində anadan olmuşdur. 36 sayli Musqisi Məktəbini bitirdikdən sonra (fortepiano üzrə), Asəf Zeynallı adına musiqi kollecinə qəbul olunub. 2000-2014 illər ərzində Pianist, Konsertmestr olaraq işləyir, 2000-2012 illər ərzində “Milli Festivallara və tədbirlərə” , 2002-ci ildə “Morskovskiy Etüd”- də ifa etmişdir. 2016-cı ildən Kaat’ı Sənəti ilə məşğuldur. Sərgi iyul ayının 7-də başlayacaqdır. Sərgiyə giriş sərbəstdir. Xətai Sənət Mərkəzinin ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 62

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 597
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 210
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 249
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 51
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 141
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 895
2 günlük Lənkəran və...