Bazar ertəsi, 3 Noyabr, 2025

22: "Mədəni yenilənmə" layihəsi - Film nümayişi, görüş, müzakirələr...


  • Dərc edildi: 13 Aprel, 2022 - 08:43
22: "Mədəni yenilənmə" layihəsi - Film nümayişi, görüş, müzakirələr...

Məşhur və sevilən aktyorların silsilə yaradıcılıq gecələri, monotamaşalar, kitab təqdimatları, kiçik konsertlər, aktyorluq və rejissorluq üzrə ustad dərsləri "Mədəni yenilənmə" layihəsinin bu dəfəki qonağı Rusiya Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin "Bədii quruluş" proqramının kuratoru Əddis Hacıyevdir. Tədbir çərçivəsində Əddis Hacıyevin "İdrak" adlı qısametrajlı filmi nümayiş olunacaq. Film, 2021-ci ildə Türkiyədə keçirilən "Efeler Uluslararası Çevre Film Günleri" festivalında Aydın bələdiyyə başqanının mükafatını qazanmışdır. Nümayişdən sonra Avropa, Rusiya və Azərbaycanda kino istehsalının xüsusiyyətlərinə dair müzakirələr aparılacaq. ⏰26 aprel, saat 19:00 YARAT Müasir İncəsənət Mərkəzi ◻️Tədbir rus və Azərbaycan dillərində keçiriləcək ◻️Giriş ödənişsizdir Həmçinin layihə çərçivəsində təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəz-zadə ilə kreativ sənayelərin inkişafına dair panel müzakirə keçiriləcək. Y.Çərkəz-zadə, yaradıcı sənayelər sahəsində aparıcı təhsil müəssisələrini - Britaniya Ali Dizayn Məktəbi, Scream Kompüter Texnologiyaları Məktəbi, Moskva Kino Məktəbi, Moskva Memarlıq Məktəbi MARŞ, Moskva Kommunikasiya Məktəbi MACS, Moskva Musiqi Məktəbi və digər layihələri özündə birləşdirən Universal Universitetinin direktorudur. ⏰27 aprel, saat 19:00 YARAT Müasir İncəsənət Mərkəzi ◻️Tədbir rus və Azərbaycan dillərində keçiriləcək ◻️Giriş ödənişsizdir

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 339
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 381
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 53
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 57
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 52
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 223
Dövlət İmtahan Mərkə...