Çərşənbə, 3 Sentyabr, 2025

“Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilir


  • Dərc edildi: 22 Noyabr, 2018 - 16:39
“Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilir. Bakı şəhərində baş tutacaq layihənin icrasının başlıca məqsədi tələbə və gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir. Layihə çərçivəsində layihəyə cəlb olunacaq təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 30 gənc iştirakçıya 15 dərs proqramına uyğun olaraq şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər təşkil olunacaqdır. İştirak üçün müraciət: 16-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır. İştirak üçün müraciət etmək istəyənlər 05 dekabr 2018 –ci il tarixinə qədər aşağıdakı ərizə formasını tam dolduraraq müraciət edə bilərlər.

--
“Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi
Mob: (+99455) 3911521

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 82
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 225
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 42
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 132
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 883
2 günlük Lənkəran və...
Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"
04 Avqust, 2025 - 22:12 260
Lənkəranda Ödənişsiz...