Cümə, 23 Oktyabr, 2026

19 Nazirliyində Vakansiyalar: Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimləri üçün yeni şans!


  • Dərc edildi: 29 Mart, 2018 - 17:28
19 Nazirliyində Vakansiyalar: Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimləri üçün yeni şans!

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən müsahibələrin keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak etmək istəyən namizədlər 29 mart - 4 aprel 2018-ci il tarixlərindəhttp://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Sözügedən müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan, tutulmayan və ya yeni yaranan vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqa

viləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilər. Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fizika, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə keçid balı 42, musiqi fənni üzrə 30, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə fizika, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə keçid balı 36, musiqi fənni üzrə isə 24 bal müəyyənləşdirilib. Digər fənnlər üzrə keçid balları müvafiq olaraq 36 və 48 bal müəyyən edilib. Müsahibələrin keçirilmə yeri və tarixi barədə məlumat elektron sənəd qəbulu başa çatdıqdan sonra hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 539
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...