Cümə axşamı, 9 Aprel, 2026

19 sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə


  • Dərc edildi: 9 Mart, 2019 - 00:09
19 sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə

  Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.   Müsabiqədə iştirak üçün tələblər: - Ali təhsil - Təhsil və ya idarəetmə sahəsində minimum 3 (üç) illik iş təcrübəsi - Bölgələrdə təhsil sahəsində çalışmaq istəyi   Namizədlərdən gözlənilən digər
keyfiyyətlər:
- İKT-dən sərbəst istifadə bacarığı - Səmərəli qərar qəbuletmə bacarığı - Məntiqi düşüncə bacarığı - Liderlik bacarığı - Yüksək motivasiya - Nəticəyönümlülük - Təhsil qanunvericiliyi üzrə biliklər - Xarici dil biliklərinin olması arzuolunandır.   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar:   Qeyd: https://docs.google.com/forms/d/1D2p_TLlnXE2pTSHm-JjZHrgXJrmRUSFVU8I0baCyHRk/edit   Müraciət üçün son tarix: 28 mart 2019-cu il   Seçim qaydaları: I mərhələ: https://docs.google.com/forms/d/1D2p_TLlnXE2pTSHm-JjZHrgXJrmRUSFVU8I0baCyHRk/edit linki vasitəsilə elektron qeydiyyatın aparılması; II mərhələ: Müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin qiymətləndirilmə mərhələsinə cəlbi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...