Bazar, 7 Sentyabr, 2025

TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR - BEYNƏLXALQ ÖDƏNİŞSİZ ONLAYN FORUM (Beynəlxalq sertifikatlı)


  • Dərc edildi: 20 Avqust, 2020 - 06:04
TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR - BEYNƏLXALQ ÖDƏNİŞSİZ ONLAYN FORUM (Beynəlxalq sertifikatlı)

Azərbaycanda “Təhsildə Yeni Çağırışlar” Beynəlxalq Forumunun keçirilməsinə hazırlıqlar gedir. Forum bu il sentyabrın 1-də internet platformaları üzərindən online formada gerçəkləşəcək.
Forumda iştirak ödənişsizdir. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək.
Ətraflı məlumat:
TAM Teaching Advancement Matrix-in (Tədrisdə Ali Matriks) təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə təcrübə, aktuallıq və mübadilə başlıqları altında keçiriləcək forumun əsas hədəfi yeni dövrün təhsil tələbləri və təhsildə keyfiyyətin yüksəldilməsi ehtiyaclarının müzakirəsidir.
Forumun əsas məruzəçisi (keynote speaker) PİSA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiy¬mətləndirilməsi proqramı) direktoru Andreas Schleicher olacaq.
Bundan başqa Forumda Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Prof. Dr. Şahlar Əsgərov, The Global Prize 2018 müsabiqəsinin qalibi Andria Zafirakou, Britaniya Təhsildə Liderlik, İdarəetmə və İnzibatçılıq Cəmiyyətinin (BELMAS - The British Educational Leadership, Management and Administration Society) rəhbəri, Honkonqdakı ESF Sha Tin Junior məktəbinin direktoru Rehana Shanks, UNICEF Azərbaycanın Təhsil proqramlarının rəhbəri Leyla Həsənova, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov, Şimali Kipr Türk Cümhiriyyətinin ikinci prezidenti və sabiq təhsil naziri Mehmet Ali Talat, xalq yazıçısı Çingiz Abdullayev, Doğu Akdeniz Universitetinin doktorantı, beynəlxalq təlimçi Arzu Soltan, Türkiyənin Yenilikçi Öğrenme Məktəblər Şəbəkəsinin yaradıcısı Kayhan Karlı, Forumun Təşkilat Komitəsinin sədri, TAM-ın baş direktoru Cəfər Mənsimi çıxış edəcəklər.
Forumun moderatorları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Dos. Dr. Eldar Aslanov və təhsilin idarə olunması üzrə mütəxəssis Salih Sarpten olacaq.
Forumun informasiya dəstəkçisi Təhsil Forumu-2020 və Təhsil Dünyası/Education World/Мир Образования Facebook qrupları, Təhsil İdarəçiləri Assosiasiyasıdır.
TAM komandası pandemiya şəraitini nəzərə alaraq Beynəlxalq Forumda iştirakın ödənişsiz olmasına qərar verib. Yalnız TAM-ın facebook (
https://www.facebook.com/tammatrix
) və ya instagram (https://www.instagram.com/tammatrix/) səhifəsini bəyənən və özü ilə foruma bir nəfər dəvət edən iştirakçıların iştirakçıların müraciəti təsdiqlənəcək və onlara iştirak linki göndəriləcək. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək.
1 SENTYABR - 17:00 – 20:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...