Universitet illəri yalnız dərslərə qatılmaqla məhdudlaşmamalıdır. Bu dövr həm də gənclərin özünü inkişaf etdirdiyi, yeni bacarıqlar qazandığı və gələcək karyeraları üçün möhkəm zəmin yaratdığı ən dəyərli zamandır. Təcrübə proqramları, təlimlər və könüllü fəaliyyətlər tələbələrin həm şəxsi, həm də peşəkar inkişafında böyük rol oynayır.
Edumap.az olaraq biz tələbələrə fürsətlərdən maksimum yararlanmağı tövsiyə edirik. Gəlin birlikdə tələbə vaxtı bu fəaliyyətlərin 10 böyük faydasına nəzər salaq.
Nəzəri biliklər vacib olsa da, onları real iş mühitində tətbiq etmək daha önəmlidir. Təcrübə proqramları tələbələrə öyrəndiklərini praktikada sınamaq imkanı verir.
Təcrübə, təlim və könüllülük fəaliyyəti CV-də diqqətçəkici görünür. İşəgötürənlər yalnız diplomu deyil, həm də real təcrübəni yüksək qiymətləndirirlər.
Bu fəaliyyətlər vasitəsilə tələbələr müxtəlif şirkətlərdən, təşkilatlardan və fərqli sahələrdən insanlarla tanış olur. Gələcək karyera üçün əlaqələrin önəmini danmaq olmaz.
Xüsusilə könüllü fəaliyyətlər gənclərə liderlik, məsuliyyət daşımaq və komanda ilə işləmə bacarıqları qazandırır.
Dərslərlə yanaşı əlavə fəaliyyətlərdə iştirak tələbələrin vaxt idarəetmə vərdişlərini inkişaf etdirir. Bu isə həm təhsildə, həm də iş həyatında böyük üstünlükdür.
Təlimlərdə iştirak edən tələbələr əlavə sertifikatlara sahib olur. Bu sənədlər gələcək müsahibələrdə fərqləndirici amil ola bilər.
Könüllü fəaliyyətlər gənclərdə cəmiyyətə fayda vermək, sosial məsuliyyət daşımaq kimi dəyərləri inkişaf etdirir.
Yeni bacarıqlar qazanmaq və çətinliklərin öhdəsindən gəlmək tələbələrin özünəinamını artırır.
Bəzən tələbələr hansı sahədə işləmək istədiklərinə əmin olmur. Təcrübə proqramları onlara müxtəlif istiqamətləri sınamaq və doğru seçim etmək imkanı verir.
Aktiv fəaliyyət göstərən tələbələr beynəlxalq proqramlara, təqaüdlərə və xarici iş imkanlarına müraciət edərkən daha güclü profillə çıxış edə bilirlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb