Cümə axşamı, 9 Aprel, 2026

"Ten" rəqs tamaşasının nümayişi - 4 gün 5 tamaşa!


  • Dərc edildi: 9 Mart, 2018 - 07:12
"Ten" rəqs tamaşasının nümayişi - 4 gün 5 tamaşa!

Birləşmiş Krallığın eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqaslardan ibarət unikal və məşhur rəqs ansamblı "British Council"ın təşkilatçılığı ilə Azərbaycana gəlir. British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, YARAT Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində "Deaf Men Dancing" rəqs ansamblı tərəfindən səhnələşdirilmiş "Ten" rəqs tamaşasını qürurla təqdim edir. "British Council"ın "Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir. "Ten" adlı rəqs tamaşası YARAT Müasir İncəsənət Mərkəzində 12 mart tarixində saat 19:00-da, Nizami Kino Mərkəzində isə 13 mart tarixində saat 19:00-da nümayiş olunacaq. Xoreoqraf və rejissor kimi fəaliyyət göstərən Mark Smitin bədii rəhbəri olduğu "Deaf Men Dancing" rəqs ansamblı Mark kimi eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqasları bir araya toplayır.

Birlikdə onlar unikal, maraqlı və orijinal estetika nümunəsi ərsəyə gətirməklə yanaşı, xoreoqrafiya elementləri və işarə dili ilə zənginləşdirilmiş müxtəlif rəqs üslublarının birləşməsini yaradır. Ansamblın bədii rəhbəri/xoreoqrafı olan Mark Smit dizayner Rayn Douson Leyt və bəstəkar Şon Çandler ilə əməkdaşlıq şəraitində onların "Ten" adlı yeni rəqs tamaşasını qürurla təqdim edir. Bu rəqs nömrəsi Lorel və Hardi, Flanaqan və Allen, Morkamb və Uays, Ebbott və Kostello, Qilbert və Corc kimi duetlərdən ilhamlanaraq hazırlanıb. Tamaşada "Human Foundation" təşkilatının " Human Deaf Community" (eşitmə qabiliyyəti olmayan insanlar) icmasının nümayəndələri və eşitmə məhdudiyyətli insanlar da iştirak edəcək. Proqram: 9 mart – Gənc Tamaşaçılar Teatrında saat 19:00-da "Bir Günəş Altında" tamaşasının premyerası 12 mart – YARAT Müasir İncəsənət Məkanında saat 19:00-da "Deaf Men Dancing" rəqs ansamblının "Ten" tamaşası 13 mart – Nizami Kino Mərkəzi saat 19:00-da "Bir Günəş Altında", saat 20:00-da isə "Deaf Men Dancing" rəqs ansamblının "Ten" tamaşası 15 mart – YARAT Müasir İncəsənət Məkanında saat 19:00-da "Bir Günəş Altında" tamaşası

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...