Bazar, 7 Sentyabr, 2025

Turizm şirkətində Maaşlı Təcrübə Proqramı!


  • Dərc edildi: 22 Oktyabr, 2018 - 08:08
Turizm şirkətində Maaşlı Təcrübə Proqramı!

“LETS GO” şirkətində təcrübə keçmək şansı - Maaşlı Azərbaycanda fəaliyyətə başlamış olan “Lets GO” şirkəti yeni yaratdığı onlayn bronlama sistemi vasitəsilə turizm sənayəsində mövcüd olan bütün tərəfdaşlar, xüsusilə otelturizm şirkətləri üçün gözəl imkanlar təklif edir. Böyük marağa səbəb olan yeni platforma – lets-go.travel imkanlarını daha da genişləndirərək Azərbaycanda turizm sahəsində ciddi addımlar atmağı planlayır. Bu səbəbdən “Lets GO” şirkəti 3-6 ay ərzində yuxarı kurs tələbə və magistrantlar üçün ödənişli Təcrübə Proqramını açıq elan edir. Təcrübə proqramına qoşulmaq üçün aşağıda qeyd olunan tələbləri nəzərə alaraq tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər “Lets GO” şirkətinə CV-lərini göndərərək müraciət edə bilərlər: Tələblər:

  • Məntiqi və analitik düşünmə qabiliyyəti və araşdırma aparmaq bacarığı
  • Azərbaycan, rus, ingilis dillərində sərbəst oxuma, danışma və başa düşmə qabiliyyəti
  • MS Office və digər texniki proqramlar biliklərinə malik olma
  • Yüksək səviyyədə yazılı, şifahi ünsiyyət qurma və təqdimat hazırlama bacarıqları
  • Marketinq və satış, onlayn turizm, ofis daxili administrasiya, nəqliyyat xidmətinin təşkili sahələrinə maraq
Proqram sizlərə nə vəd edir?
  • Proqramda iştirak sizə yeni və unikal layihədə təcrübə qazanmaq imkanı verəcək.
  • Ofisdə təcrübəli əməkdaşlarla birgə çalışaraq rəhbəriniz tərəfindən sizin inkişafınıza nəzarət və peşəkar kimi formalaşmağınıza dəstək olacaq.
  • Təcrübə müddətində müvəffəqiyyət qazanacağınız, fərqlənməyi bacaracağınız təqdirdə şirkət daxilində işlə təmin olunmaq şansı qazacaqsınız
  • Təcrübə proqramını uğurla başa vuran gənclərin hər birinə şirkət tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.
Qeyd: Təcrübə proqramının iştirakçıları ödənişlə təmin olunacaqlar və həftədə 6 dəfə olmaqla iş gününün yarısını işləyəcəklər (saat 09:00-12:30 və ya 14:30-18:00) Proqrama qoşulmaq istəyən namizədlər 31 oktyabr 2018-ci il tarixinə kimi [email protected] elektron poçtuna CV, 3x4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə etməklə göndərmələri xahiş olunur. Namizədlərin hansı sahədə təcrübə keçmək istədikləri “Subject” bölməsində qeyd olunmalıdır.  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 644
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 215
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 57
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...