Bazar, 7 Sentyabr, 2025

Türk İslam Sənətləri Sərgisi


  • Dərc edildi: 9 Aprel, 2018 - 17:59
Türk İslam Sənətləri Sərgisi

2018-ci il 17 aprel saat 12:00-da tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin nəzdində fəaliyyət göstərən BUSMEK (Bursa Büyükşehir Belediyesi Sanat ve Meslek Eğitim Kursları ) inventarında mövcud olan “Türk İslam Sənətləri Sərgisi” keçiriləcəkdir. Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türk mədəniyyətinin Azərbaycanda ən böyük təmsilçilərindən biri hesab edilen Bakı Yunus Emre İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilir. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin nəzdində olan Bakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi 2013-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Sərginin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin "İki dövlət bir millət" ifadəsinə əasaslanaraq, iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır. Sərgidə müxtəlif janr və texnikalarda işlənmiş ( ebru sənəti, təzhib, keramika, filoqrafi, xəttatlıq, xalçaçılıq və.s) 80-dən artıq əsər nümayiş olunacaqdır. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, əsərlərdə türk islam sənətinin tarixi haqda məlumat yer almaqdadır. Sərginin açılış mərasimində ADRA-nın rəhbər heyəti ilə yanaşı, bir sıra rəsmi qonaqlar, tələbə, müəllim heyəti iştirak edəcəkdir. Sərginin açılış mərasimi 17 aprel saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) baş tutacaqdır. Qeyd etmək istərdik ki, sərgi 22 aprel 2018-ci il tarixinədək davam edəcəkir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 644
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 215
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 57
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...