Bazar ertəsi, 3 Noyabr, 2025

Türkiyəli rəssamların “İzlər” adlı qrup sərgisi


  • Dərc edildi: 18 Aprel, 2019 - 03:12
Türkiyəli rəssamların “İzlər” adlı qrup sərgisi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 2019-cu il 18 aprel saat 14:00-da türkiyəli rəssamların “İzlər” adlı qrup sərgisi keçiriləcəkdir. Tədbir Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Türkiyənin Tekirdağ şəhərində fəaliyyət göstərən “Bakü Art” qalereyasının birgə təşəbbüsü ilə keçirilir. Türkiyənin Trakya Universitetinin Gözəl Sənətlər Fakültəsinin dekanı Prof. Melihat Tüzün və “Bakü Art” qalereyasının rəhbəri Elvira Allahyarova Yüksəl sərginin əsas təşkilatçılarıdır. Sərginin əsas məqsədi iki dövlət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi təbliğ etmək, onlara sahib çıxmaq və qrafika - kağızın sənətdə yeri və önəminə diqqəti cəlb etməkdir. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, əsərlərdə insan və cəmiyyətin problemlərini əks etdirən sujet xətti də yer almaqdadır. Ümumilikdə sərgidə 19 türkiyəli rəssamın müxtəlif janr və texnikalarda işlənmiş 60-dan artıq əsəri nümayiş olunacaqdır. “İzlər” adlı sərgidə - Melihat Tüzün, Mustafa Cevat Atalay, Şebnem Çayıroğlu, Cemile Tuna, Ayşe Anıl, Nurcan Perdahcı, Suna Özgürkaraalan, Elvira Allahyarova, Semir Avdic, Sakine Düzce, Ümit Özkanlı, Çiğdəm Kardan, Esen Süle, Bilge Doğru, Ayşe Özcan Koçak, Gül Diri, Füsun Sünnetçioğlu, Levent Yıldırım və Zeynep Serdar öz rəsm işləri ilə iştirak edirlər. Ekspozisiyada nümayiş olunan əsərlər müasir türk rəssamlarının qrafika sənətindəki uğurlarını əks etdirir. Sərginin rəsmi açılış mərasimi 18 aprel 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçiriləcəkdir. Qeyd edək ki, sərgi 2019-cu il 21 aprel tarixinədək davam edəcəkdir.

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 339
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 381
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 53
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 57
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 52
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 223
Dövlət İmtahan Mərkə...