Çərşənbə, 3 Sentyabr, 2025

"Uğur bələdçiləri" layihəsi


  • Dərc edildi: 5 Dekabr, 2018 - 22:37
"Uğur bələdçiləri" layihəsi

"Yeni Yol" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi , Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Uğur bələdçiləri" layihəsini təqdim edir! “Uğur bələdçiləri” layihəsinin əsas məqsədi ölkə gəncləri arasında karyera planlaması, iş həyatını doğru anlama, gələcək karyeraya hazırlıq, bu kimi fəaliyyətlərin sistemli öyrənilməsi, mənsub olduqları gənc sosial sferada biliklərin aşılanması, onlara bir növ mayak rolu oynaması üçün gəncləri hazırlanmasında işlərin görülməsini özündə ehtiva edir. Layihə üç mərhələdə həyata keçiriləcək: Birinci mərhələ: 2 ay ərzində seçilmiş şanslı 25 nəfər gənc üçün silsilə təlimlər həyata keçiriləcək. Təlimlərin mövzuları: -"Karyera planlaması və əmək bazarı”, -“Rezyume hazırlanması”, -“İxtisas seçimi”, -“komanda işi”, -“Müsahibəyə hazırlıq”, -“Məqsədlərin təyin olunması və motivasiya”, -“Layihələrin idarə edilməsi” İkinci mərhələ: - Quba rayonunda əyləncəli 2 günlük "qış məktəbi" təşkil olunacaq. Üçüncü mərhələ: - Təhsil aldıqları universitetdə karyera planlaması və yuxarıda adını qeyd etdiyimiz mövzu və bu kimi digər uyğun sahələrdə tələbələr və öz yaxın ətrafları üçün “bələdçi” rolunu oynayacaqdır. İştirakçıların seçim meyarı: - 18-25 yaş arası gənclər; - Universitet və ya kollec tələbəsi olmalı; - Yüksək motivasiyalı və kreativ düşüncəyə sahib olması; - Təhsil aldığı müəssisədə aktiv biri olmalı; - Öyrənməyə və təcrübə paylaşımına həvəsli olmalı; Layihə üzrə seçimlərə qatılmaq üçün qeydiyyat linki; https://goo.gl/forms/9di70xPRtikdakLE3 Son qeydiyyat tarixi: 01.12.2018 Saat: 23:59 Ətraflı məlumat üçün: Ünvan: “ASK” Plaza Tbilisi, 27, Bakı, Yasamal, AZ1065, (012) 565 43 21 Elektron poçt ünvanı: [email protected] Layihə koordinatoru: Qəmər Babayeva Əlaqə : +994776415067

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 60
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 222
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 41
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 132
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 882
2 günlük Lənkəran və...
Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"
04 Avqust, 2025 - 22:12 260
Lənkəranda Ödənişsiz...