Çərşənbə, 3 Sentyabr, 2025

Ümumdünya QİÇS-lə Mübarizə günü / Velo-yürüş


  • Dərc edildi: 30 Noyabr, 2018 - 18:12
Ümumdünya QİÇS-lə Mübarizə günü / Velo-yürüş

Əziz velosiped həvəskarları! Sağlam Düşüncə" Gənclər Təşkilatı sizləri 2 dekabr 2018-ci il tarixində Sumqayıt şəhərində təşkil ediləcək “Sağlam Yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası - 2 Layihəsinin açılış tədbiri olan "Ümumdünya QİÇS-lə Mübarizə günü"-nə həsr olunmuş velo-yürüşdə iştirak etməyə dəvət edir. “Sağlam Yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası Azərbaycan Gənclər Fondunun təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi gənclər və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək və maarifləndirmə işinin təşkilidir. Tədbirin proqramı: 11:00 - Toplanış (Sumqayıt Heydər Əliyev Parkı) 11:00-11:30 - Layihə və velo-yürüş haqqında məlumat və təhlükəsizlik qaydalarının izahı, 11:30-11:45 - Yürüş iştirakçılarına layihənin loqosu əks olunmuş köynəklərlə təmin edilməsi. 11:45-12:00 - Yürüşə hazırlıq, sıralanma 12:00-13:00 - Velo-yürüş (15 KM Şəhər içi marşrut) 13:00 - 14:00 - Çay süfrəsi (Sumqayıt Nəsimi Parkı) ***Yürüşdə iştirak ödənişsizdir və iştirak üçün qeydiyyat vacibdir. Yürüşdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. >>> https://goo.gl/7ZqF16 Sumqayıt velo-yürüşünün marşrutu və toplaşma nöqtəsi. >>> https://goo.gl/z2JQPQ >> Toplaşma yeri Sumqayıt Heydər Əliyev mərkəzinin qarşısı Son qeydiyyat tairixi : 30.11.2018 | 18:00 Qeydlər: *** İştirak üçün minimum yaş həddi 16-dır. *** Yürüşdə iştirak etmək üçün dəbilqənin olması vacibdir. Bununla bağlı yardıma ehtiyacınız olarsa xahiş edirik bizə bildirəsiniz və qeydiyyat formunda qeyd edəsiniz. *** Bu yürüş Sumqayıt həvəskar velosipedçiləri üçün təşkil edildiyindən yürüşə Bakıdan 15dən artıq qoşulmaq istəyən velosipedçi qeydiyyatdan keçdiyi təqdirdə nəqliyyat təşkil ediləcək. Öncədən anlayışınız üçün təşəkkür edirik. *** Əlaqə: Telefon: +994558237290 Email: [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 60
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 222
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 41
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 132
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 882
2 günlük Lənkəran və...
Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"
04 Avqust, 2025 - 22:12 260
Lənkəranda Ödənişsiz...