Cümə axşamı, 9 Aprel, 2026

UTGDİB sədri Belarusda keçirilən beynəlxalq forumda Azərbaycanı təmsil edib


  • Dərc edildi: 10 İyul, 2018 - 05:44
UTGDİB sədri Belarusda keçirilən beynəlxalq forumda Azərbaycanı təmsil edib

“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri, Gənclər
Təşkilatları Milli Şurası tərəfndən həyata keçirilən “Gənc Elçilər” Proqramının
iştirakçısı Tural Cəfərov Belarusda “Zubryonok” Milli Uşaq Təhsil-Sağlamlıq
Mərkəzində keçirilən “Sərhədsiz dostluq” XIV Beynəlxalq gənclər forumunda
Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib və ölkəmizi təmsil edib.
Nümayəndə heyətində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqlarının
İnformasiya texnologiyaları və “Azərbaycan Tələbə Kartı” ilə iş
departamentinin direktoru Samir Quliyev və Bakı Dövlət Universitetinin
BMT Modeli (BSU MUN) klubunun prezidenti Ramin Əmirov yer alıblar.
“Sərhədsiz dostluq” Beynəlxalq gənclər forumu 2005-ci ildən Belarusda
keçirilir. Forumun təşkilatçıları Belarus Respublikasının Təhsil Nazirliyi və
“Zubryonok” Milli Uşaq Təhsil-Sağlamlıq Mərkəzidir.
Forumun məqsədi müxtəlif ölkələrdən olan gənclər arasında
əməkdaşlıq və dostluq əlaqələrinin qurulması, gənclərin mövcud
problemlərinə ümumi yanaşmaların formalaşması, innovativ sosial və təhsil
layihələrin həyata keçirilməsinə dair tədbirlərin görülməsidir.
Forumun ilk günü iştirakçılar II Dünya Müharibəsi iştirakçılarına həsr
olunmuş “Minsk-qəhrəman şəhər” stelasını ziyarət edib və onların xatirəsini
yad edib. Daha sonra II Dünya Müharibəsinə həsr olunmuş muzeyə
ekskursiya təşkil edilib. İştirakçılar Belarus Respubikası Prezidenti yanında
İdarəçilik Akademiyasını ziyarət edərək ali təhsil müəssisəsinin rəhbərliyi,
gənc fəallar və orada təhsil alan xarici tələbələrlə görüşüb aktual mövzular
barədə müzakirələr aparıblar.
Forumun ikinci günü iştirakçılar Belarus Respublikasının təhsil naziri İqor
Karpenko ilə görüşüblər. Görüşdə Belarusda təhsil sahəsinə aid siyasət,
aktual məsələlər müzakirə olunub, verilən suallar cavablandırılıb.
Növbəti gün Belarus Atom Elektrik Stansiyasında info-tur təşkil olundu.
İnfo-turda Atom Elektrik Stansiyası və ümumilikdə nüvə enerjisi barəsində
məlumat verilib. Bundan əlavə həmin gün Dayanıqlı İnkişaf Məqsədləri (SDG)
haqqında məlumatlandırıcı sessiya təşkil edilib.
Forum çərçivəsində UNİCEF-in Belarus Respublikasındakı Nümayəndələyinin rəhbəri Rəşid Mustafa Sərvərlə də görüş keçirilib. Görüş ərzində UNİCEF-in ümumilikdə və xüsusən Belarus Respublikasındakı göstərdiyi fəaliyyət, həyata keçirdiyi layihələr haqqında məlumat verilib, iştirakçılar tərəfndən verilən suallar cavablandırılıb.
İştirakçılar müvafq mədəni-kütləvi tədbirlərə qatılıb və Belarusun tarixi
abidələrini ziyarət ediblər. Ölkələrin təqdimatında Azərbaycan haqqında
videolar nümayiş etdirilib, çıxışlar edilib və həmçini bütün iştirakçılara xatirə
hədiyyələri təqdim olunub. 2025-ci ildə Dünya Expo sərgisinin keçirmək
üçün Bakının da namizəd şəhər olduğu iştirakçıların nəzərinə çatdırılıb.
Tədbirin sonuncu günündə “Zubryonok” Milli Uşaq Təhsil-Sağlamlıq
Mərkəzinin rəhbəri Nadejda Onufriyeva Azərbaycan nümayəndə heyətinə fəal
iştiraka görə hədiyyə təqdim edib. Daha sonra ölkələrin mədəniyyət gecəsi təşkil
olunub. Tədbirdə Azərbaycan nümayəndə heyəti ölkənin tarixi, mədəniyyəti,
mətbəxini əks etdirən hədiyyələr, suvenirlər və açıqcalar nümayiş edib.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...