Bazar ertəsi, 19 May, 2025

Veysəloğlu Şirkətlər Qrupu 6 vəzifə üzrə vakansiya elan edir


  • Dərc edildi: 1 Aprel, 2018 - 12:57
Veysəloğlu Şirkətlər Qrupu 6 vəzifə üzrə vakansiya elan edir

1. Avadanlıqların təmiri üzrə mütəxəssis (təchizatçı) Təcrübə müddəti: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi Təhsil: Texniki sahədə ali təhsil üstünlükdür İxtisas Bilikləri və Bacarıqlar: Fabrik və bənzəri sahədə avadanlıqlar üzrə biliklər üstünlükdür Məsuliyyətli və stressə davamlı olmalı Kompyuter Bilikləri: MS Office proqramları VƏZİFƏ FUNKSİYALARI: Müxtəlif avadanlıqların (fabrikdə olan qurğular və s.) şirkətdən kənarda təmir etdirilməsi Təmir üçün uyğun yerlərin araşdırılması, uyğun qiymət təkliflərinin əldə edilməsi Mütəmadi olaraq rəhbərliyə qiymət təklifləri və görülən işlər barədə hesabat verilməsi Yaş həddi: 24 – 45 yaş İş yeri: Bakı şəhəri Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Avadanlıqların təmiri üzrə mütəxəssis (təchizatçı)” qeyd edilməsi xahiş olunur.


2. Stok nəzarətçi (Inventory controller) Təcrübə müddəti: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi Təhsil: Ali İxtisas Bilikləri və Bacarıqlar: Stoka nəzarət edilməsi üzrə bilik və təcrübə Planlama üzrə bilik və təcrübə Yaxşı riyazi biliklər Analitik düşünmə Kompyuter Bilikləri: MS Excel proqramından sərbəst istifadə VƏZİFƏ FUNKSİYALARI: Şirkətin müxtəlif anbarlarının stokunun bir mərkəzdən idarə edilməsi Mərkəzi stok idarəetmə üçün təkliflərin hazırlanaraq rəhbərliyə verilməsi Müvafiq strukturlarla birgə işləyərək ehtiyac duyulan vəsaitlərin müəyyən edilməsi Tələb edilən vəsaitlər üçün proqnozların hazırlanması, sifarişlərin verilməsi İş qrafiki: 5 günlük Yaş həddi: 23 – 40 yaş İş yeri: Bakı şəhəri Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Stok nəzarətçi” qeyd edilməsi xahiş olunur.
3. Avtomobil ehtiyat hissələrinin təmiri üzrə mütəxəssis (təchizatçı) Təcrübə müddəti: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi Təhsil: Orta (Ali təhsilə üstünlük verilir) İxtisas Bilikləri və Bacarıqlar: Avtomobil ehtiyat hissələri üzrə biliklər Avtomobil ehtiyat hissələrinin Satışı və ya Təchizatında iş təcrübəsi üstünlükdür İngilis dili biliyi üstünlükdür Excel biliyi Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır) Kompyuter Bilikləri: MS Office proqramları (Excel biliyi) VƏZİFƏ FUNKSİYALARI: Avtomobil ehtiyat hissələrinin təmir yerlərinin qiymət araşdırması, təkliflərin hazırlanaraq rəhbərliyə təqdim edilməsi Şirkətin müxtəlif tipli avtomobillərinin ehtiyat hissələrinin təmir etdirilməsi Vəzifə üzrə rəhbərliyin tapşırdığı digər işlərin icra edilməsi İş qrafiki: 5 günlük Yaş həddi: 24 – 45 İş yeri: Bakı şəhəri Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Avtomobil ehtiyat hissələrinin təmiri üzrə mütəxəssis (təchizatçı)” qeyd edilməsi xahiş olunur.
4. Təchizat şöbəsinin müdiri Təcrübə müddəti: Müvafiq vəzifə üzrə 3 il iş təcrübəsi Təhsil: Ali İxtisas Bilikləri və Bacarıqlar: İdarəetmə bacarığı Rus və ingilis dili bilikləri üstünlükdür Yerli və xarici bazarda qiymət araşdırmasının aparılması Təzyiq altında işləmək bacarığının olması Kompyuter Bilikləri: MS Office proqramlarından sərbəst istifadə VƏZİFƏ FUNKSİYALARI: Baş ofislər, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək Təchizatçı firmalarla danışıqlar aparmaq Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək İş qrafiki: 5 günlük İş yeri: Bakı şəhəri Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Təchizat şöbəsinin müdiri” qeyd edilməsi xahiş olunur.
5. Daşınmaz əmlak üzrə Mütəxəssis İş təcrübəsi: Satış sahəsində iş təcrübəsi üstünlükdür (Ekspeditor və s.) Təhsil: Orta və ya Ali İxtisas Bilikləri və Bacarıqlar: Tələblər: Fəal olmalı Şəxsi maşını və sürücülük vəsiqəsi olmalı Şəhəri yaxşı tanımalı Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır) Kompyuter Bilikləri: MS Office proqramları biliyi VƏZİFƏ FUNKSİYALARI: Şəxsi avtomobil ilə şəhərin müəyyən bölgəsində yeni açılacaq marketlər üçün əmlakların tapılması Əmlaklar haqqında məlumatların əldə edilməsi Rəhbərliyə əmlaklar barədə hesabat verilməsi İş qrafiki: 6 günlük Yaş həddi: 24 – 40 Əmək haqqı və digər Sabit əmək haqqı + bonus; Nahar şirkət tərəfindən verilir İş yeri: “Bakı, Qərb, Şimal və Cənub rayonları üzrə vakansiyalar aktivdir. Vakansiyanın tələblərinə cavab verən və Rayonlarda yaşayan namizədlər də öz rayonları üzrə müraciət edə bilərlər.” Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Daşınmaz əmlak üzrə mütəxəssis” qeyd edilməsi xahiş olunur.
6. Anbar Operatoru Təhsil: Ali İxtisas Bilikləri və Bacarıqlar: Anbar üzrə iş təcrübəsi üstünlükdür Məsuliyyətli, punktual və təzyiq altında işləməyi bacaran olmalı Kompyuter Bilikləri: MS Excel biliyi; Logo və ya Unity proqram biliyi üstünlükdür VƏZİFƏ FUNKSİYALARI: Qaimələr üzrə mədaxil və məxaric Sifarişlərin izlənilməsi, qaimələr üzrə sistemə daxil edilməsi İş qrafiki: 5 günlük (6-cı gün növbəli) / 09:00-18:00 Digər: Nahar şirkət tərəfindən verilir Yaş həddi: 23 – 30 İş yeri: Zabrat Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Anbar operatoru” qeyd edilməsi xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb