Cümə, 23 Oktyabr, 2026

VR texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi üzrə ödənişsiz təlim


  • Dərc edildi: 17 Fevral, 2019 - 09:33
VR texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi üzrə ödənişsiz təlim

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilatçılığı və BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi üzrə təlim keçiriləcək. Təlimdə immersiv media texnologiyaları və onların innovativ sahibkarlıq fəaliyyətində tətbiqi, VR və AR texnologiyaları üzrə nəzəri və praktiki biliklər əhatə olunacaqdır. İştirakçılar 360° video kontentin çəkilməsi, redaktəsi və internet resurslarda yerləşdirilməsi ilə bağlı əsas bacarıqlara yiyələnəcəklər. Təlim iştirakçılarına olan tələblər: 1) 2D video redaktə bacarığı (Adobe Premiere və ya alternativ); 2) Foto redaktə və ya touchup proqram təminatından istifadə bacarığı; 3) İngilis dili biliyi (yüksək səviyyədə); 4) Sahə üzrə ümumi təcrübəsi və məlumatı olmalı. Qeyd: Təlim ingilis dilində aparılacaq.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır. Təlimdə iştirak ödənişsizdir. Təlimdə iştirakçı sayı məhduddur. Yalnız seçilmiş namizədlər təlimdə iştirak edəcəklər. Təlimçi: Mohamed Es Fih (Beynəlxalq Ticarət Mərkəzinin eksperti) Təlimin keçirilmə tarixi: 22 fevral 2019-cu il Təlimin keçirilmə yeri: İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Bakı şəhəri, İnşaatçılar prospekti 4 Təlimdə iştirak etmək istəyənlərdən qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur. https://goo.gl/forms/uNRazbno0meanmek2 Qeydiyyat üçün son tarix: 20.02.2019, saat 12:00 Əlaqə vasitələri: Tel: (+994 12) 538 37 87 (daxili 118) Mob: (+994 50) 216 31 39 E-mail: [email protected]

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 539
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...