BİZNES VƏ LİDERLİK TƏLİMLƏRİNDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT Qısa məlumat USAID Qadın İştirakçılığı Proqramı (QİP) ölkədə 2011-ci ildən icra edilir və əsas vəzifələri qadınlarla bağlı mühüm məsələlər üzrə ictimai məlumatlandırılmanın artırılması və qadınların qərar qəbuletmə proseslərində iştirak imkanlarının genişləndirilməsinə töhfə verməkdən ibarətdir. Elanın məqsədi: USAID QİP gənc xanımları, 2018-ci ilin Aprel - May aylarında aparılacaq 3 günlük Biznes və Liderlik təlimlərində iştirak etməyə dəvət edir. Proqram iştirakçıya hansı bilikləri verəcək: Təlimdə iştirakçılar kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi,marketinq strategiyasının qurulması, maliyyə hesabatlarının idarə olunması və eni zamanda liderlik və ünsiyyət bacarıqlarının artırılması yollarını mənimsəyəcəklər. Təlim hansı dildə aparılacaq: Azərbaycan Kim iştirak edə bilər? • Azərbaycan Respublikasının vətəndaşları • Əslən Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara iqtisadi zonalarından və Sumqayıt şəhərindən olan və yaşı 18-27 olan gənc xanımlar. İştirak üçün müraciət: İştirak etmək istəyən şəxslər özləri haqqında qısa məlumatı (CV, Bios) [email protected] elektron unvanına göndərə bilər. Təlimlərin keçiriləcəyi ərazi: Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara regionları və Sumqayıt şəhəri Müraciət üçün son tarix: 20 aprel, 2018 - ci il Suallar Təlimlərə dair suallar [email protected] elektron poçt ünvanına 15 aprel, 2018-ci il tarixinə qədər göndərilə bilər. İştirak haqqında təsdiq: İştirakı təsdiqlənən şəxslərlə elanın son tarixindən sonrakı 5 gün ərzində əlaqə saxlanılacaq.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb