Cümə axşamı, 9 Aprel, 2026

Xaricdə oxumaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilir? – Ekspertdən cavab


  • Dərc edildi: 22 Yanvar, 2019 - 16:41
Xaricdə oxumaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilir? – Ekspertdən  cavab

Xarici ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Bütün dünyada olduğu kimi ölkəmizdə də xaricdə təhsil almaq istəyənlər var. AzEdu.az xaricdə təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüquqi barədə zəruri məlumatları təqdim edir: “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlunun sözlərinə görə, 2015-ci ilin ikinci yarısı və 2016-cı ilin mart ayına qədər xaricdə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi barədə parlamentdə gərgin müzakirələr getdi: “Parlamentdə müzakirələr zamanı xaricdə təhsil alanlara seçilmiş universitetlər üzrə hərbi möhlət verilməsi nəzərdə tutulurdu. Təhsilə sahəsinə kənar olan millət vəkilləri də müzakirəyə qoşulmuşdular. 2016-cı ilin birinci yarısında xaricdə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi barədə qanun qəbul olundu Lakin cənab prezident əksinə, qanun imzaladı ki, xaricdə bakalavr, magistratura, doktorantura üzrə təhsil alanlara hərbi xidmətdən möhlət verilsin. 2016-ci ilin may ayına qədər xaricdə magistr və doktorantura üzrə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi yox idi. Buna görə də cənab prezidentə xüsusi təşəkkür məktubu göndərdik. Apostil qanuna qoşulan ölkələrdə ümumiyyətlə xaricdə, bakalavr, magistr və doktorantura üzrə təhsil alanlar üçün hərbi xidmətdən möhlət hüququ keçərlidir. Hərbi xidmətdən möhlət verilməsi xaricdə hazırlıq fakültəsində təhsil alanlara da aiddir”.

Prezident İlham Əliyevin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun tətbiqi ilə bağlı fərmanı: Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bu fərmana əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara, ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara — təhsilini bitirənədək, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək möhlət verilməsi Prezidentin səlahiyyətinə verilib.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...