Cümə, 5 Sentyabr, 2025

Xatirə Günü: Insan, Varliq və Zaman - Sərgi!


  • Dərc edildi: 8 Fevral, 2019 - 17:53
Xatirə Günü: Insan, Varliq və Zaman - Sərgi!

“NUR Art House” sənət mərkəzi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə sənətsevərləri 2019-cu ildə başladığı “İNSAN, VARLIQ VƏ ZAMAN” silsilə sərgi layihəsi çərçivəsində açılan, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunan ilk nümayişə dəvət edir. 07 fevral 2019-cu il tarixində, saat 19.00-da açılacaq sərgidə siz heykəltaraş, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Rəssamlıq Akademiyasının və Roma Müasir İncəsənət Akademiyasının professoru Zeynalabdin İskəndərovun yaratdığı Azərbaycan bəstəkarı, AMEA-nın akademiki, SSRİ Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunan əsərlərlə yanaşı, görkəmli incəsənət xadimlərimiz Səttar Bəhlulzadənin, Maral Rəhmanzadənin surətlərini da görəcəksiniz. Azərbaycan incəsənətinin “qızıl dövrü”nün təmsilçiləri olan, bir zaman yaratdıqları əsərləri ilə minlərlə qəlbə işıq gətirən, insanlarda gözəlliyi görmək və ondan zövq almaqla, inciləri irsə çevirib onları qorumağı əxz edən sənətkarlarımız, bu gün özləri bir xatirəyə dönsələr də, heykəltaraşın yaratdığı obrazlar sayəsində canlanaraq sanki bizimlə danışır. Bizi “İnsan, Varlıq və Zaman” anlayışına “Xatirə, Xəyal və Arzu” prizmasından yanaşmaqla, keçmişimizdən bu günümüzə yol açır və gələcəyimizə körpü salırıq. Keçmişlə gələcəyin astanasında arxaya boylanıb yaddaşımızı vərəqlədiyimiz an, bizi acılı-şirinli xatirələrdən dərs almağa sövq edir. Hər zaman bəşəri dəyərə malik milli mədəni irsimizin qorunması, saxlanılması, gələcək nəslə ötürülməsi və təbliğini qarşısına məqsəd qoyan “NUR Art House” sənət mərkəzi ənənəsinə sadiq qalaraq, bu dəfə sizi Zeynalabdin İskəndərovun yaradıcılığına bir qədər fərqli prizmadan - xatirələri müxtəlif texnikalarla canlandıran sehrkar kimi yanaşmağa, qeyri-adi əsərlərdən zövq almağa dəvət edir. Təsadüfi deyil ki, hörmətli sənətkarımızın bu sərgisi, həm də onun qəhrəmanlarının xatırlandığı tədbir olacaq. Tədbirdə tanınmış rəssamlar, sənətşünaslar, kinorejissorlar, söz sərrafları xatirələrini və təəssüratlarını sənətsevərlərlə paylaşacaq, Azərbaycanın Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunmuş filmi tamaşaçıları dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə tanış edəcək. Sərginin açılışı günü həmçinin rəssam Qara Qarayev dühasına böyük hörmətinin nəticəsi kimi, ona həsr olunmuş çox gözəl əsərlərinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etməsinin şahidi olacaqsınız. Sərgi 10 fevral 2019-cu il tarixinədək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...