Şənbə, 6 Sentyabr, 2025

“Yalama Agropark” MMC də təcrübə proqramı


  • Dərc edildi: 9 İyun, 2018 - 09:45
“Yalama Agropark” MMC də təcrübə proqramı

“Yalama Agropark” MMC (agroparkyalama.az), karyeralarını Kənd Təsərrüfatı sahəsində başlayıb inkişaf etdirmək istəyən, həmçinin gələcəkdə komandamızın üzvü olmaq imkanı əldə etmək istəyən Gənclər üçün “Yay Təcrübə proqramın”ı təşkil etməklə aşağıdakı ixtisaslara yiyələnmiş gəncləri Aqropark ərzisində yaşayış, qida və ödənişlə təmin etməklə Proqrama qoşulmağa dəvət edir. Aqronom-təcrübəçi • Torpağın əkin üçün hazırlanması işlərinin icrasına nəzarət edir. • Səpinin optimal müddətdə keyfiyyətlə aparılmasına nəzarət etmək. • Bitkilərin vegetasiya dövründə tələb olunan aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində iştirak edir. • Əkin sahələrində daim müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları yayılmış sahələrin yerlərini, onların yayılma dərəcələrini müəyyənləşdirir. • Keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır və yenidən gördürür. • Aqronomiyaya aid sənədlərin tərtib olunmasında və hesabatların verilməsində iştirak edi. Zootexniki xidmət üzrə təcrübəçi • Heyvanların düzgün bəslənməsi və yemlənməsi prosesində iştirak etmək. • Sağım prosesinin təşkili və nəzarət edilməsində iştirak etmək. • Satışa gedən südün , süd maşınına yukləməsinə nəzarət etmək. • Sürünün sağlam, düzgün idarə olunmasını prosesində istirak etmək. • Sürü üzrə seleksiya işini planlaşdırma prosesində iştirak etmək. • Tövlədaxili avadanlıqların və qurquların sazlığına nəzarət etmək, vaxtlı vaxtında texniki qulluğunu təşkili üçün sənədləşmə işlərini təşkil etmək. Baytar həkim-təcrübəçi • Təsərrüfat üzrə müalicə, proflaktika və epizotik xəstəliklərə qarşı tədbirlər planını icra etmək. • Bütün müalicə profilaktiki və baytar – sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin etmək. • Buzovların müayinə və müalicə işini aparmaq. • Heyvanlarda boğazlığın müayinəsini aparmaq və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmaq. • Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil etmək. Kənd təsərrüfatı texnikalarının təmiri üzrə mexanik-təcrübəçi • Kənd təsərrüfatı avadanlıqlarının saz vəziyyətdə qalması üçün təyin edilmiş qrafik üzrə texniki baxışların keçirilməsi • Avadanlığın vaxtından əvvəl dağılmasının səbəbini aşkar etmək, onların qarşısının alınması və kənar edilməsi üzrə tədbirlər görmək. • Avadanlığın, qurğunun və digər elektro-mexaniki maşınların düzgün istifadə olunması üçün operatoru lazımi məlumatlarla təmin etmək. • Mexaniki hissələri nəzərdə tutulmuş ehtiyatla və müvafiq texniki xidmət sənədlərinə uyğun şəkildə birləşdirmək; • İşləyən avadanlıq, alət, qurğu və dəzgahların qeydə alınması və ehtiyat hissələrinin sifarişi haqqında baş mexanikə vaxtında hesabat vermək. Maliyyə mütəxəssi-təcrübəçi • Hesab Fakturaların qəbul edilməsi, mümkün olaca biləcək uyğunsuzluqların yoxlanılması və fərdi hesablarda qeyd edilməsi işlərində iştirak etmək. • Eletronik köçürmələrin və ödənişlərin hazırlanması və yerinə yetirilməsində içtirak etmək. • Pul vəsaitlərinin yığılması və bölüşdürülməsi hesabatlarının hazırlanmasında yardımçı olmaq. • Təchizatçılar üzrə hesabatların üzləşdirilməsi, uyğunsuzluqların araşdırılması və düzəldilməsi. • Kreditor borclarına nəzarət, Kreditorlar üzrə hesabatın təmin edilməsində iştirak etmək. • Aylıq olaraq təchizatçılarla önəmli balansların üzləşdirilməsi və üzləşdirmə hesabatının təmin edilməsi prosesində iştirak etmək. Maraqlanan şəxslər cv-lərini [email protected] elektron ünvanına mövzu yerində “Yay təcrübəsi” qeyd etməklə göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 597
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 209
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 249
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 51
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 141
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 895
2 günlük Lənkəran və...