Cümə, 5 Sentyabr, 2025

“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı layihəyə start verilir - Ödənişsiz Təlimlər!


  • Dərc edildi: 7 Sentyabr, 2020 - 09:37
“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı layihəyə start verilir - Ödənişsiz Təlimlər!

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsinə start verilir. Layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir. Layihə çərçivəsində layihəyə cəlb olunacaq təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 20 gənc iştirakçıya 12 dərs proqramına uyğun olaraq aşağıda qeyd olunan mövzular üzrə onlayn təlimlər keçiriləcəkdir:

· Əsas anlayışlar, yol nişanları · Yol nişanları, nişanlama xəttləri · Yol işlərində istifadə olunan işarələr, NV-lərinin tanınma nişanları, Nizamlayıcının siqnalları · Svetaforun siqnalları, NV-lərin üstün hərəkət rejimi ilə hərəkəti. Xüsusi siqnalların tətbiqi. Hərəkətə başlama manevr etmə · NV-lərin yolun hərəkəti hissəsində yerləşməsi, hərəkət sürəti · Ötmə və qarşılıqlı keçmə. Dayanma. Durma. Parklama · Piyada keçidləri, yolayrıcıların keçilməsi. Nizamlanan yollar · Nizamlanmayan yolayrıcılar. Avtomagistralda hərəkət. Dəmiryol keçidlərində hərəkət · Yaşayış zonalarında hərəkət. Sürmə təlimi. NV-lərdə səs siqnallarından və xarici işıq cihazlarından istifadə edilməsi · Nasaz NV-lərin yedəyə alınması, adamların daşınması, yüklərin daşınması · İctimai Nəqliyyatdan istifadə qaydaları. Sanitar qaydaların qorunması. Məsafələrin saxlanılması Təlimlərin sonunda iştirakçılardan imtahan götürüləcək. Layihənin sonunda layihədə aktiv iştirak edən gənclərə layihədə iştirak etdikləri üçün diplom və şəhadətnamələr təqdim olunacaqdır. İştirak üçün müraciət: 16-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır. İştirak üçün müraciət etmək istəyənlər 11 sentyabr 2020-ci il tarixinə qədər aşağıdakı ərizə formasını tam dolduraraq müraciət edə bilərlər. Mob : 0553911521 Email: [email protected] Qeydiyyat linki https://forms.gle/tTc9LJr3L71LjUNW8

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 235
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...